Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-271/2022 29.06.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair İsmayıllı rayon X1 daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəssində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 96 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EQ ******* saylı qərarın surətindən görünür ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 64 manat məbləğində və xx.xx.2022-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 32 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2-ci, 329.1-ci və 346.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə cərimə olunduğu məbləğləri qanunla müəyyən olunan müddətdə ödəmədiyindən, nəqliyyat vasitələrini idarə etmək hüququ 07 (yeddi) ay müddətinə məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 27, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: xx.xx.1977-ci ildə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı rayonu Göytəpə kəndində yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 07 (yeddi) ay müddətinə məhdudlaşdırılsın. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-271/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-271/2022
29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver