Məhkəmə qərarları › İş №3(037)-271/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-271/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-271/2023 13.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, T.İsmayılov küçəsi, ev 48-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 13 iyun 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İsmayıllı Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2 (037) – 59 / 2021 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 470 (dörd yüz yetmiş) manat 40 qəpik alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsi, İsmayıllı Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli 2 (037) – 8 / 2022 saylı icra vərəqəsinə əsasən Şəxs 1346 (min üç yüz qırx altı) manat 03 qəpik alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına və 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, İsmayıllı Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli e-2(037)–746/2022 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 513 (beş yüz on üç) manat 68 qəpik alınaraq iddiaçı Zərərçəkmiş şəxs3 MMC-nin hesabına ödənilməsi və İsmayıllı Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli e-2(037)–1290/2022 saylı icra vərəqəsinə əsasən Şəxs və X2 cəmi 426 (dörd yüz iyirmi altı) manat 72 qəpik alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 30 may 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs qeyd olunan icra vərəqələri üzrə hazırki günədək yalnız Zərərçəkmiş şəxs2 olan borcundan 320 (üç yüz iyirmi) manat ödəniş etmiş və 150 (yüz əlli) manat borcu qalmışdır. Digər icra vərəqələri üzrə borcundan heç bir məbləğdə ödəniş etməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs2 olan borcundan hazırki günədək 320 (üç yüz iyirmi) manat məbləğində ödəniş etmişdir. Hazırda Zərərçəkmiş şəxs2 qalıq qalan 150 (yüz əlli) manatı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına 150 (yüz əlli) manat, Zərərçəkmiş şəxs1 hesabına (yüz əlli) manat və Zərərçəkmiş şəxs3 MMC-nin hesabına 100 (yüz) manat ödəniş etmişdir. Bundan sonra hər ay hər icra vərəqəsi üzrə borcundan ödənişlər edəcəyini öhdəsinə götürür. Onun maddi imkanı olmadığı üçün vaxtında borcundan ödənişlər edə bilməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Zərərçəkmiş şəxs3 MMC-yə və Zərərçəkmiş şəxs1 lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların və nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Şəxs icra vərəqələri üzrə borcundan Zərərçəkmiş şəxs2 qalıq qalan 150 (yüz əlli) manat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına 150 (yüz əlli) manat, Zərərçəkmiş şəxs1 hesabına 150 (yüz əlli) manat və Zərərçəkmiş şəxs3 MMC-nin hesabına 100 (yüz) manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2 (037) – 59 / 2021 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 470 (dörd yüz yetmiş) manat 40 qəpik alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsi, İsmayıllı Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli 2 (037) – 8 / 2022 saylı icra vərəqəsinə əsasən Şəxs 1346 (min üç yüz qırx altı) manat 03 qəpik alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına və 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, İsmayıllı Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli e-2(037)–746/2022 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 513 (beş yüz on üç) manat 68 qəpik alınaraq iddiaçı Zərərçəkmiş şəxs3 MMC-nin hesabına ödənilməsi və İsmayıllı Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli e-2(037)– 1290/2022 saylı icra vərəqəsinə əsasən Şəxs və X2 cəmi 426 (dörd yüz iyirmi altı) manat 72 qəpik alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs iş məhkəmənin icraatında olduğu müddətdə borcundan icra vərəqələri üzrə borcundan Zərərçəkmiş şəxs2 qalıq qalan 150 (yüz əlli) manat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına 150 (yüz əlli) manat, Zərərçəkmiş şəxs1 hesabına 150 (yüz əlli) manat və Zərərçəkmiş şəxs3 MMC-nin hesabına 100 (yüz) manat ödəniş etmişdir. Şəxs məhkəmə iclasında qalan borcundan hər ay ödəniş edəcəyini vəd etmişdir. Göründüyü kimi Şəxs icra vərəqəsinin icrasından boyun qaçırmır. Borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu icra vərəqəsinin icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, icra vərəqəsinin icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Özal Abdullzadə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar