Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-272/2023 30.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin MN 064709 saylı, 01 may 2023-cü il tarixli qərarından verdiyi şikayətə baxaraq müəyyənetdi: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin MN 064709 saylı, 01 may 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə əlavə olunmuş sənədləri tədqiq edib belə hesab edirki şikayət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərinə uyğun olmayaraq verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında qərardan şikayət verilə bilər. Həmin məcəllənin 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş üzrə göründüyü kimi X3 tərəfindən şikayət qanunla müəyyən olunmuş müddət keçdikdən sonra verilmiş və müddətin üzürlü səbəblər nəticəsində buraxılması barədə məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə hesab edir ki, X3 tərəfindən şikayət qanunla müəyyən olunmuş müddət keçdikdən sonra verilmiş və müddətin üzürlü səbəblər nəticəsində buraxılması barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərinə uyğun məhkəməyə vəsatət verilməmişdir. Göstərilən hüquq normalırının tələblərinə uyğun olaraq şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 118 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin MN 064709 saylı, 01 may 2023-cü il tarixli qərarından verdiyi şikayət qanunla müəyyən olunmuş müddət keçdikdən sonra verildiyi üçün geri qaytarılsın. Qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması şikayətçi X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-272/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-272/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver