Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-272/2024 25.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxx 1976-cı il tarixdə İsmayıllı rayonu Talış kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 25 iyun 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: 09 iyun 2024-cü il tarixdə 23:00 radələrində İsmayıllı rayonu Aşıqbayramlı kəndi yolunda Şəxs bir baş inək malını magistral yolda nəzarətsiz qoyması, Zərərçəkmiş şəxs idarə etdiyi “BMW 528” markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin heyvanı vurması, nəticədə həmin avtomobilə maddi ziyan dəyməsi faktı ilə bağlı toplanmış material üzrə İsmayıllı rayon Polis Şöbəsinin yol patrul xidməti inspektoru tərəfindən Şəxs barəsində 09 iyun 2024cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İsmayıllı rayon Polis Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, ona məxsus bir baş inək malını 09 iyun 2024-cü il tarixdə axşam saatlarında yaşadığı evə gətirərkən yolda həmin heyvanı avtomobil vurmuşdur. Həmin vaxt heyvanın yanında olmamışdır. Heyvan tələf olmasa da, qəssablara təhvil vermişdir. Maddi imkanı ağırdır. Ona görə də, qarşı tərəfə dəymiş maddi ziyanı dəyə bilmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, avtomobilinə 3200 (üç min iki) yüz manat məbləğində maddi ziyan dəymişdir. Maddi ziyanla bağlı qarşı tərəflə razılığa gəlməmişdir. Maddi ziyanı tələb edir və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: X1 tərfindən verilmiş qüsur aktında “BMW 528” markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilə 2670 (iki min altı yüz yetmiş) manat məbləğində ziyan dəydiyi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 09 iyun 2024-cü il tarixdə 23:00 radələrində İsmayıllı rayonu Aşıqbayramlı kəndində Şəxs bir baş inək malını magistral yolda nəzarətsiz qoymuş və Zərərçəkmiş şəxs idarə etdiyi “BMW 528” markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin malı vurmuşdur. Nəticədə sonuncunun idarə etdiyi “BMW 528” markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 100 (yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən Zərərçəkmiş şəxs idarə etdiyi “BMW 528” markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanla əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, əmlak zərərinin əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat miqdarında inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs idarə etdiyi “BMW 528” markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-272/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-272/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver