Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-273/2022 17.06.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxx 1988-ci il tarixdə İsmayıllı rayonu Qalınçaq kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 17 iyun 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs Аzərbaycan Respublikası Qanunverciliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla satış məqsədi olmadan əldə etdiyi, şəxsi istehlak miqdarında 2 (iki) ədəd, hündürlükləri 13 və 17 sm, ümumi təmiz çəkiləri – 2,054 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisini əkməsi, həmin narkotik vasitənin 11 may 2022-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətindən aşkar edilərək götürülməsi faktı üzrə İsmayıllı rayon X4 Bölməsinin təhqiqatçısının 11 iyun 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə 17 iyun 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Rəhim Bədəlov izahatında göstərdi ki, Şəxs yaşadığı evin həyətində narkotik vasitə olduğu barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında 11 may 2022-ci il tarixdə Şəxs yaşadığı evin həyətinə baxış keçirilmiş və narkotik vasitə olan bitki aşkar edilmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından 11 iyun 2022-ci il tarixdə cinayət işinin başlanılması rədd edilmiş və barəsində tərəfindən inzibati protokol tərtib edərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, İsmayıllı rayonu Qalınçaq kəndində yaşayır. Bir il bundan öncə yaşadığı kəndin ərazisindəki meşə ərazisindən yabanı halda tapdığı narkotik tərkibli bitkini yaşadığı evin həyətində iki ədəd narkotik tərkibli çətənə bitkisi əkmişdir. 11 may 2022-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evə gəlmiş və evin həyətinə baxış keçirmişlər. Baxış zamanı evin həyətindən həmin narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Həmin bitkini satmaq fikri olmamış, gələcəkdə özü istifadə etmək üçün əkmişdir. Ailəlidir bir uşağı var. Uşağının görmə və eşitmə problemi var. Bununla bağlı dövlət tərəfindən ona köməklik göstərilir və iyun ayının 20-də uşağın əməliyyatı üçün Türkiyə Respublikasına gedəcəkdir. Əməlindən peşmandır. Gələcəkdə bir daha belə hallara yol verməyəcəyini söz verir və ona qanunda nəzərdə tutulmuş daha yüngül inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə Ekspertizası Mərkəzinin X5 12 may 2022-ci il tarixli 17/402 saylı ekspert rəyindən görünür ki, Şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş 2 (iki) ədəd, hündürlükləri 13 və 17 sm, ümumi təmiz çəkiləri – 2,054 qram olan bitki nümunəsi əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi şitilləridir. İsmayıllı rayon X4 Qrupunun təhqiqatçısının 11 iyun 2022-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin tərkibi olduğundan materiallar inzibati tədbir görülməsindən ötrü İsmayıllı rayon Polis Şöbəsinin X1 göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin X5 Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza dəyəri 51 (əlli bir) manat 06 qəpik təşkil edir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs Аzərbaycan Respublikası Qanunverciliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla satış məqsədi olmadan əldə etdiyi, şəxsi istehlak miqdarında 2 (iki) ədəd, hündürlükləri 13 və 17 sm, ümumi təmiz çəkiləri – 2,054 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi şitilləri əkmiş, həmin narkotik vasitə 11 may 2022-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, inzibati cərimənin 200 (iki yüz) manat miqdarında müəyyən edilməsini qanunamüvafiq hesab edir. İş üzrə maddi sübut – tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan və hazırda İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 2 (iki) ədəd, hündürlükləri 13 və 17 sm, ümumi təmiz çəkiləri – 2,054 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi şitilləri məhv edilməlidir. İş üzrə aparılmış ekspertizanın dəyəri 51 (əlli bir) manat 06 qəpik məbləği Şəxs alınaraq dövlət büdcəsinə (Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************, X3, KOD 210005, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22. Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. İş üzrə maddi sübut – tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan və hazırda İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 2 (iki) ədəd, hündürlükləri 13 və 17 sm, ümumi təmiz çəkiləri – 2,054 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi şitilləri məhv edilsin. İş üzrə aparılmış ekspertizanın dəyəri 51 (əlli bir) manat 06 qəpik məbləği Şəxs alınaraq dövlət büdcəsinə (Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************, X3, KOD 210005, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22. Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-273/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-273/2022
17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver