Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-274/2021 06.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1987-ci il tarixdə İsmayıllı rayonu Şəbiyan kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, İİ qrup əlil olmaqla social müavinət alan, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 06 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 05 sentyabr 2021-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri törətməsi faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 06 sentyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Əşrəf Rüstəmzadə izahatında göstərdi ki, Şəbiyan kənd sakini Şəxs 05 sentyabr 2021-ci il tarixdə, saat 20:00 radələrində İsmayıllı rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlətdiyi üçün onu rayon polis şöbəsinə dəvət etmişlər və izahatı alındıqdan sonra Şəxs törətdiyi əməli etiraf etmişdir. Ona görə də, Şəxs barəsində müvafiq maddə ilə inzibati xəta haqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, İsmayıllı rayonu Şəbiyan kəndində yaşayır. Həmin kəndin icra nümayəndəsi Murad adlı şəxsin əməllərindən icra hakimiyyətinə şikayət tək üçün 05 sentyabr 2021-ci il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına getmişdir. Oraya çatdıqda iş saatı bitdiyi üçün onun qəbula girməsi mümkün olmamışdır. Bu səbəbdən bərk əsəbləşmiş və ucadan nalayiq ifadələr işlətmişdir. Bir qədər sonra həmin yerə polis əməkdaşları gəlmiş və əməkdaşlar onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində izahatı alınmış və əməlini etiraf etmişdir. Hazırda əməlindən peşmandır. Həmin vaxt sərxoş vəziyyətdə olduğundan öz hərəkətlərini idarə edə bilməmişdir. Bir daha belə hallara yol verməyəcəyinə söz verərək ona qanunda nəzərdə tutulan daha yüngül inzibati tənbeh növü tətbiq edilməsini məhkəmədən xahiş edir. 05 sentyabr 2021-ci il tarixli 405 nömrəli tibbi müayinə aktından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 05 sentyabr 2021-ci il tarixdə saat 20:20-də tibbi müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. 05 sentyabr 2021-ci il tarixli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 05 sentyabr 2021-ci il tarixdə saat 20:50-dən 06 sentyabr 2021-ci il tarixə 12:50-dək inzibati qaydada tutulmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialının İsmayıllı rayon qəbul şöbəsinin 06 sentyabr 2021-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, İsmayıllı rayon Şəbiyan kənd sakini Şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialında ümumi səbəbdən 31.12.2021ci il tarixədək İİ qrup əlil olmaqla 130 (bir yüz otuz) manat sosial müavinət alır. İsmayıllı rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 3(037)-143/2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 05 sentyabr 2021-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəfləri dinləyərək hesab edir ki, İlham Mahmudov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi, inzibati xətanı il ərzində təkrar və sərxoş vəziyyətdə törətməsini isə məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, İİ qrup əlil olmasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 100 (bir yüz) manat miqdarında müəyyən edilməsini, 05 sentyabr 2021-ci il tarixli tutma protokoluna əsasən onun 05 sentyabr 2021-ci il tarixdə saat 20:50-dən 06 sentyabr 2021-ci il tarixə saat 12:50-dək saxlanıldığı müddət ona təyin edilən cərimə tənbeh növündən çıxılmasını və Şəxs qəti olaraq 50 (əlli) manat məbləğində inzibati cərimə edilsməsini məqsədə müvafiq hesab edir. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 32, 33, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. 05 sentyabr 2021ci il tarixli tutma protokoluna əsasən Şəxs 05 sentyabr 2021-ci il tarixdə saat 20:50dən 06 sentyabr 2021-ci il tarixə saat 12:50-dək saxlanıldığı müddət ona təyin edilən cərimə tənbeh növündən çıxılsın. Şəxs qəti olaraq 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-274/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-274/2021
06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver