Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-274/2022 20.06.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 1965-ci il tarixdə İsmayıllı rayonu Topçu kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx X5 barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 20 iyun 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X3 30 mart 2022-ci il tarixdə saat 20:00 radələrində İsmayıllı rayonu Buynuz kəndində Zərərçəkmiş şəxs yaşadığı evdə aralarında baş vermiş mübahisə zamanı sonuncunu yumruqla vuraraq onu qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon X6 Bölməsinin təhqiqatçısı Nurlan Atakişiyevin 24 may 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Arzu Qəhrəmanov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Arzu Qəhrəmanov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 20 iyun 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Arzu Qəhrəmanov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Rəhim Bədəlov izahatında göstərdi ki, X4 rayonu Buynuz kəndində Zərərçəkmiş şəxs döyməsi faktı üzrə araşdırma aparılmış və əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirildiyi üçün Arzu Qəhrəmanov barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Arzu Qəhrəmanov izahat verərək göstərdi ki, qızı Gülmirə ilə Elgün 13 ildir ki evlidir. Son zamanlar Elgün əsassız yerə Gülmirə mübahisə etmiş və onu döymüşdür. Bu barədə məlumat aldıqdan sonra qızını gedib götürmək qərarına gəlmişdir. 30 mart 2022-ci il tarixdə arvadı Məhəbbət, qaynı Ədalət və onun arvadı Xatirə ilə birlikdə Elgünün yaşadığı evə getmişlər. Oraya çatdıqda Elgün nə səbəbə gəldiklərini soruşmuş və o qızını aparacağını bildirmişdir. Bu zaman Elgün buna icazə verməyərək onu söyüb təhqir etmişdir. O, həmin vaxt mübahis düşəcəyini görüb 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir qədər sonra oraya polis əməkdaşları gəlmiş və o, qızını götürərək yaşadığı evə getmişdir. Elgünün dedikləri şər və böhtandır. Mübahisə zamanı o, Elgünü vurmamışdır. Sadəcə həmin vaxt Elgünün sinəsindən itələmişdir. Hazırda Elgünlə barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, 30 mart 2022-ci il tarixdə saat 20:00 radələrində yaşadığı evə gəldikdə qayınatası Arzu və qohumlarının onun evində olduğunu görmüşdür. O, Arzudan nə səbəbə gəldiyini soruşduqda Arzu qızı Gülmirəni aparmaq istədiyini bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmış və Arzu onu söyüb təhqir etmişdir. O, Arzuya qarşılıq verdikdə Arzu onun üzündən iki dəfə yumruqla vurmuşdur. O, huşunu itirmiş və yerə yıxılmışdır. Bir qədər sonra özünə gəlmiş və Arzu Gülmirəni götürərək oradan çıxıb getmişdir. Hazırda boşanma ilə bağlı işləri məhkəmənin icraatındadır. Hazırda o, Arzunu bağışlamamış və onunla barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tibbi ekspertizasının 11 aprel 2022-ci il tarixli, 132 №-li rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət-üzün sol yarısının qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə töərnməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. İsmayıllı rayon X6 Bölməsinin təhqiqatçısı Nurlan Atakişiyevin 24 may 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X3 əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, X5 30 mart 2022-ci il tarixdə saat 20:00 radələrində İsmayıllı rayonu Buynuz kəndində Zərərçəkmiş şəxs yaşadığı evdə aralarında baş vermiş mübahisə zamanı sonuncunu yumruqla vuraraq onu qəsdən döymüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin və şahidlərin izahatlarını dinləyərək qərara gəlir ki, Arzu Qəhrəmanov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Arzu Qəhrəmanov barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Arzu Qəhrəmanovun törətdiyi inzibati xətanı etiraf etməməsi onun inzibati məsuliyyətdən yayınması üçün etdiyi özünü müdafiə cəhdidir və işin faktiki halları ilə təkzib olunur. Arzu Qəhrəmanov tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə X5 tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 500 (beş yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-274/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-274/2022
20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver