Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-278/2022 18.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə xx xxxx 1977-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı rayonu Quşencə kəndində yaşayan, Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala 18 iyul 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs idarə etdiyi “Ford Transit” markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobillə ayrı-ayrı vaxtlarda yol hərəkəti qaydalarını pozduğuna görə 08 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə 50 (əlli) manat miqdarında, 17 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə 50 (əlli) manat miqdarında, 02 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə 10 (on) manat miqdarında, 07 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə 50 (əlli) manat miqdarında, 15 dekabr 2021-ci il il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə 10 (on) manat miqdarında, 28 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə 50 (əlli) manat miqdarında, 10 yanvar 2022-ci il il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə 10 (on) manat miqdarında, 02 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə 50 (əlli) manat miqdarında, 11 fevral 2022-ci il il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə 10 (on) manat miqdarında inzibati cərimə edilməsinə baxmayaraq qeyd olunan qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün barəsində 17 iyun 2022-ci il tarixdə DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. Portal məlumat sistemi üzrə çıxarışdan müəyyən edilir ki, Şəxs 08 sentyabr 2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 50 (əlli) manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə 30 (otuz) manat miqdarında dəbbə pulu gələrək, cəmi 80 (səksən) manat məbləğində, 17 oktyabr 2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 50 (əlli) manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə 30 (otuz) manat miqdarında dəbbə pulu gələrək, cəmi 80 (səksən) manat məbləğində, 02 dekabr 2021-ci il il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilmiş 10 (on) manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə 06 (altı) manat miqdarında dəbbə pulu gələrək, cəmi 16 (on altı) manat məbləğində, 07 dekabr 2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 50 (əlli) manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə 30 (otuz) manat miqdarında dəbbə pulu gələrək, cəmi 80 (səksən) manat məbləğində, 15 dekabr 2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 10 (on) manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə 06 (altı) manat miqdarında dəbbə pulu gələrək, cəmi 16 (on altı) manat məbləğində, 28 dekabr 2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 50 (əlli) manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə 30 (otuz) manat miqdarında dəbbə pulu gələrək, cəmi 80 (səksən) manat məbləğində, 10 yanvar 2022-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 10 (on) manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə 06 (altı) manat miqdarında dəbbə pulu gələrək, cəmi 16 (on altı) manat məbləğində, 02 fevral 2022-ci il il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilmiş 50 (əlli) manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə 30 (otuz) manat miqdarında dəbbə pulu gələrək, cəmi 80 (səksən) manat məbləğində, 11 fevral 2022-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 10 (on) manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə 06 (altı) manat miqdarında dəbbə pulu gələrək, cəmi 16 (on altı) manat məbləğində xx.xx.2022-ci il tarixə cərimə borcu yaranmışdır. Şəxs haqqında DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 17 iyun 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Murad Mursaliyev inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs idarə etdiyi “Ford Transit” markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobillə ayrı-ayrı vaxtlarda yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək təyin edilmiş inzibati cərimə məbləğlərini və cərimə məbləğlərinə 3 ay müddət üçün hesablanmış dəbbə pullarını ödəməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması cəzasının tətbiq edilməsini, inzibati cərimənin miqdarını nəzərə alaraq nəqliyyat vasitələrini idarə etmək hüququnun 10 (on) ay müddətinə məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 10 (on) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-278/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-278/2022
18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver