Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-278/2023 23.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, xx xxx 1971-ci il tarixdə İsmayıllı rayonu Qarakolluq kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 23 iyun 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: 08 iyun 2023-cü il tarixdə Qaraməryam-İsmayıllı-Şəki yolunun Aşıqbayramlı kənd ərazisindən keçən hissəsində Şəxs bir baş at heyvanını yolda nəzarətsiz qoyması, Zərərçəkmiş şəxs idarə etdiyi “İsuzu NPS75KD” markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin at heyvanını vurması, nəticədə “İsuzu NPS75KD” markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtomobillə maddi ziyan dəyməsi faktı ilə bağlı toplanmış material üzrə İsmayıllı rayon X2 X4 yol patrul xidməti inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxs və İsmayıllı rayon Polis Şöbəsinə xəbərdar olunmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “X1 Servis Mərkəzi” tərəfindən verilmiş ziyan aktından görünür ki, “İsuzu NPS75KD” markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtomobilə 455 (dörd yüz əlli beş) manat məbləğində ziyan dəydiyi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 08 iyun 2023-cü il tarixdə Qaraməryam-İsmayıllı-Şəki yolunun Aşıqbayramlı kənd ərazisindən keçən hissəsində Şəxs bir baş at heyvanını yolda nəzarətsiz qoymuş və Zərərçəkmiş şəxs idarə etdiyi “İsuzu NPS75KD” markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin at heyvanını vurmuşdur. Nəticədə “İsuzu NPS75KD” markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtomobillə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. “X3” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci bəndinin 1-ci hissəsinə əsasən yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən yol-nəqliyyat hadisəsi yaşayış məntəqəsi ərazisində baş vermiş, “İsuzu NPS75KD” markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması, avtomobili hansı sürətdə idarə etməsi yol patrul xidməti inspektoru tərəfindən tam araşdırılmamışdır. Ona görə də, sözügedən yol nəqliyyat hadisəsi zamanı “İsuzu NPS75KD” markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində də “X3” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci bəndinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun olub-olmamasının araşdırılması məqsədi ilə onun əməlinə hüquqi qiymət verilməsi üçün İsmayıllı rayon Polis Şöbəsinə və İsmayıllı Rayon Prokurorluğuna məlumat verilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 80 (səksən) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə Zərərçəkmiş şəxs idarə etdiyi “İsuzu NPS75KD” markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş maddi ziyanla əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, əmlak zərərinin əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat miqdarında inzibati cərimə edilsin. “İsuzu NPS75KD” markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində də “X3” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci bəndinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun olub-olmamasının araşdırılması məqsədi ilə onun əməlinə hüquqi qiymət verilməsi üçün İsmayıllı rayon Polis Şöbəsinə və İsmayıllı Rayon Prokurorluğuna məlumat verilsin. Zərərçəkmiş şəxs idarə etdiyi “İsuzu NPS75KD” markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-278/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-278/2023
23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver