Məhkəmə qərarları › İş №3(037)-28/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-28/2021

19.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-28/2021 19.01.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx xxxxx 1993-cü ildə İsmayıllı rayonu Uştalqışlaq kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla, İsmayıllı rayonu Balik kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, İsmayıllı rayon Balik kənd orta məktəbində xadiməçi işləyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 21:00 radələrində İsmayıllı rayonu Balik kəndində yaşadığı evin həyətində X5 ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu vuraraq sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onu qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Vüqar Qarayevin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti X6 və Şəxs barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Elsevər Mazanov izahatında göstərdi ki, Şəxs və X4 rayonu Balik kəndində yaşadıqları evdə Bəsti Babayevanı döyməsi faktı üzrə araşdırma aparılmış və əməllərində cinayət tərkibinin əlamətləri olmadığından barələrində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirildiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, əri Elvinin İsmayıllı rayonu Balik kəndində yerləşən baba yurdunda yaşayırlar. Elvinin xalası Bəsti ilə yaşadıqları evlə bağlı bir neçə dəfə mübahisələri olmuşdur. xx xxxxxx 2021-ci il tarixdə Bəsti onların yaşadığı evə gələrək Elvin və onunla mübahisə etmişdir. Mübahisə zamanı o, Bəstinin sifət nahiyəsindən sillə ilə vurmuşdur. Həmin vaxt Elvin də Bəstini itələyərək həyətdən çıxmasını tələb etmiş və bu zaman Bəsti müvazinətini itirərək yerə yıxılmışdır. Hazırda Bəsti onu bağışlamış və onlar barışmışlar. Odur ki, işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, bacısı oğlu Elvin onun İsmayıllı rayonu Balik kəndində yerləşən ata yurdunda yaşayır. Onun əri Ənvər tez-tez Elvinin yaşadığı evə gedib-gəldiyi üçün şübhələnmiş və bununla bağlı xx xxxxxx 2021-ci il tarixdə Elvinin yaşadığı evə getmişdir. Oraya çatdıqda Elvinin arvadı Ülviyyə ilə söhbət edərkən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Ülviyyə onun saçından tutaraq başından əli bir neçə dəfə vurmuşdur. Həmin vaxt Elvin oraya gəlmiş və onu itələyərək həyətdən çıxmasını tələb etmişdir. Bu zaman o müvazinətini itirərək yerə yıxılmış və xəsarət almışdır. Oradan çıxıb yaşadığı evə gəlmiş və 102 xidmətinə zəng edərək olanlar barədə məlumat vermişdir. Hazırda Ülviyyəni bağışlamış və onunla barışmışdır. Ülviyyə ilə barışmasını nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə-Tibbi Ekspertiza və X1 02 №-li xx xxxxxx 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – üzün sıyrığı, üst dodaq, alt çənənin qançırları, üst və alt dodağın qansızmaları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2021-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Vüqar Qarayevin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Elvin Babayev və Ülviyyə Babayevin əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 21:00 radələrində İsmayıllı rayonu Balik kəndində yaşadığı evin həyətində X5 ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu vuraraq sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş və bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs zərərçəkmiş Bəsti Babayeva ilə barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati xətanı törətmiş şəxs Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinin tələbinə görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9, 105, 110-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar