Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-280/2023 23.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 1967-ci il tarixdə İsmayıllı rayonu Xəlilli kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Baş X1 İdarəsinin Yol Patrul Xidməti Alayının 4-cü Taqımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2 və 338.7-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 23 iyun 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: 09 iyun 2023-cü il tarixdə 19:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 179-cu km-də Şəxs bir baş inək malını magistral yolda nəzarətsiz qoyması, Zərərçəkmiş şəxs idarə etdiyi “KİA Optima” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin heyvanı vurması, nəticədə “KİA Optima” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi faktı ilə bağlı toplanmış material üzrə Baş X1 İdarəsinin Yol Patrul Xidməti Alayının 4-cü Taqımının yol patrul xidməti inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2 və 338.7-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri Baş X1 İdarəsinin Yol Patrul Xidməti Alayının 4-cü Taqımına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Baş X1 İdarəsinin Yol Patrul Xidməti Alayının 4-cü Taqımının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 09 iyun 2023-cü il tarixdə təsərrüfatında olan 1 baş inək malını yaşadığı evin yaxınlığındakı magistral yolda avtomobil vurmuşdur. Hadisənin baş verdiyi ərazi magistral yolda olmuşdur. Onun inəyi tələf olmuş və avtomobilə maddi ziyan dəymişdir. Sürücü həmin vaxt avtomobili yüksək sürətlə idarə etmişdir. Avtomobilə dəymiş ziyanı ödəmək iqtidarında deyil. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, 09 iyun 2023-cü il tarixdə idarə etdiyi avtomobillə Bakı-Şamaxı-Yevlax yolunda hərəkətdə olan zaman yolun kənarında qəflətən bir baş inək malı yola çıxmışdır. O, avtomobilin sürətini azaltsa da, həmin camış malını vurmuşdur. Hadisənin baş verdiyi ərazi yaşayış məntəqəsindən kənarda olmuşdur. Avtomobilinə 1800 (min səkkiz yüz) manat məbləğində ziyan dəymişdir. Ona dəymiş maddi ziyanı tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. 10 iyun 2023-cü il tarixli qüsur aktından görünür ki, “KİA Optima” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilə 1280 (min iki yüz səksən) manat məbləğində ziyan dəydiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 338.5.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından inzibati xəta haqqında protokolun surəti həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Yol Patrul Xidməti Alayının 4-cü taqımına göndərilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 09 iyun 2023-cü il tarixdə 19:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 179-cu km-də Şəxs bir baş inək heyvanını yolda nəzarətsiz qoymuş və Zərərçəkmiş şəxs idarə etdiyi “KİA Optima” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin heyvanı vurmuşdur. Nəticədə “KİA Optima” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 80 (səksən) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən Zərərçəkmiş şəxs idarə etdiyi “KİA Optima” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanla əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, əmlak zərərinin əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat miqdarında inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Yol Patrul Xidməti Alayının 4-cü taqımına göndərilsin. Zərərçəkmiş şəxs idarə etdiyi “KİA Optima” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-280/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-280/2023
23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver