Məhkəmə qərarları › İş №3(037)-281/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-281/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-281/2023 16.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, Qərardan şikayət verən X1 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, X4 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* seriyalı inzibati xəta haqqında qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətə 17 iyun 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* seriyalı inzibati xəta haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli qərardadı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin MN 064709 saylı, 01 may 2023-cü il tarixli qərarından verdiyi şikayət qanunla müəyyən olunmuş müddət keçdikdən sonra verildiyi üçün geri qaytarılmışdır. Daha sonra X4 ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi savadı olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin MN 064709 saylı, 01 may 2023-cü il tarixli inzibati xəta haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddətin ötürülməsinin üzrlü hesab edilməsini və inzibati xəta haqqında şikayətin buraxılmış müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi X6 bildirdi ki, qeyd olunan qərar X1 iştirakı ilə qəbul edilmiş və qərar 01 may 2023-cü il tarixdə rəsmi qaydada imza etdirilməklə özünə təqdim olunmuşdur. Ona görə də, X1 inzibati xəta haqqında qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməsin. Məhkəmə iclasında iştirak edən X4 bildirdi ki, qeyd olunan qərarı 01 may 2023-cü il tarixdə almışdır. Lakin hüquqi savadı olmadığı üçün qərardan qanunla müəyyən olunmuş müddətdə şikayət verməmişdir. Ona görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin MN 064709 saylı, 01 may 2023-cü il tarixli inzibati xəta haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddətin ötürülməsinin üzrlü hesab edilməsini, inzibati xəta haqqında şikayətin buraxılmış müddətinin bərpa edilməsini və həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətçinin ərizəsini araşdırıb hesab edir ki, X1 inzibati xəta haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi və inzibati xəta haqqında işin icraata qəbul edilməsi haqqında ərizəsi əsassız olduğundan təmin edilməməli, inzibati xəta haqqında iş üzrə qərardan müddətin bərpa edilməsinin qeyri-mümkün hesab edilməli və şikayətin icraata qəbuldan imtina olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin inzibati tənbeh vermə haqqında qərarların verilməsi barədə qeydiyyat kitabı çıxarışından görünür ki, MN 064709 saylı, 01 may 2023-cü il tarixli inzibati xəta haqqında qərarı 01 may 2023cü il tarixdə X3 şəxsən imza etdirilməklə təqdim olunmuşdur. Bundan başqa X4 məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin MN 064709 saylı, 01 may 2023-cü il tarixli inzibati xəta haqqında qərarının 01 may 2023-cü il tarixdə ona təqdim olunduğunu bildirmiş, lakin hüquqi savadı olmadığı üçün qərardan qanunla müəyyən olunmuş müddətdə şikayət vermədiyini bildirmişdir. İş materiallarından görünür ki, X4 tərəfindən verilmiş şikayət ərizəsi qeyd olunan qərardan qanunla müəyyən olunmuş müddət keçdikdən təxminən 20 gün sonra, yəni 30 may 2023cü il tarixdə İsmayıllı rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin MN 064709 saylı, 01 may 2023-cü il tarixli qərarını rəsmi qaydada aldığı müddətdən qanunvericilikdə müəyyən edilmiş 10 gün müddət ərzində şikayət vermək hüququna malik olduğu halda həmin qərardan qanunvericiliklə müəyyən edilmiş müddət buraxıldıqdan sonra şikayət vermiş və prosessual müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Vəsatətdə göstərilən səbəb isə üzrlü səbəb kimi qəbul edilə və şikayətin verilməsi üçün müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin MN 064709 saylı, 01 may 2023-cü il tarixli inzibati xəta haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddətin ötürülməsinin üzrlü hesab edilməsi və inzibati xəta haqqında şikayətin buraxılmış müddətin bərpa edilməsi qeyri-mümkün hesab edilməli və həmin qərardan şikayətin icraata qəbuldan imtina olunmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 120- 132-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin MN 064709 saylı, 01 may 2023-cü il tarixli inzibati xəta haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddətin ötürülməsinin üzrlü hesab edilməsi və inzibati xəta haqqında şikayətin buraxılmış müddətin bərpa edilməsi qeyrimümkün hesab edilsin. X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin MN 064709 saylı, 01 may 2023-cü il tarixli inzibati xəta haqqında qərardan şikayətin icraata qəbuldan imtina olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar