Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-284/2023 19.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1980-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Ağdam rayonu Xıdırlı kəndində qeydiyyatda olmaqla, İsmayıllı rayonu Təzəkənd kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 19 iyun 2023-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2 (013) – 6664 / 2016 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı artırılaraq Şəxs xx.xx.2008-ci il təvəllüdlü Jalə adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Artırılmış alimentin tutulması Ağdam Rayon Məhkəməsinin 20.05.202-ci il tarixli, 2(013)-431/2020 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmışdır. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 3716 (üç min yeddi yüz on altı) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 19 iyun 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Hazırki günədək onun 3716 (üç min yeddi yüz on altı) manat ödənilməmiş borcu qalmışdır. Bununla da borclu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və aliment borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, heç yerdə işləmir və maddi imkanı ağırdır. Həmin aliment məbləğini tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Artıq özünə iş tapmışdır tezliklə aliment borcundan ödənişlər edəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs hazırki işə baxılmasına dair məhkəmə iclasına gəlməmişdir. Ağdam Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2 (013) – 6664 / 2016 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı artırılaraq Şəxs xx.xx.2008-ci il təvəllüdlü Jalə adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Artırılmış alimentin tutulması Ağdam Rayon Məhkəməsinin 20.05.202-ci il tarixli, 2(013)-431/2020 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmışdır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 19 iyun 2023-ci il tarixli arayışdan görünür ki, icra vərəqəsi üzrə Şəxs tələbkar Zərərçəkmiş şəxs 3716 (üç min yeddi yüz on altı) manat məbləğində aliment borcu yaranmışdır. İsmayıllı Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 3(037)-146/2022 saylı qərarından görünür ki, Şəxs tələbkar Zərərçəkmiş şəxs olan 2276 (iki min iki yüz yetmiş altı) manat aliment borcunu ödəməkdən yayınmaqla, məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarından görünür ki, 15 aprel 2022-ci il tarixdə məhkəmədə Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati işinə baxılarkən onun həmin tarixə tələbkar Zərərçəkmiş şəxs 2276 (iki min iki yüz yetmiş altı) manat aliment borcu olmuşdur. Hazırki inzibati xəta haqqında protokolda Şəxs 3716 (üç min yeddi yüz on altı) manat aliment borcunun olması göstərilmişdir. Göründüyü kimi Şəxs inzibati məsuliyyətinə cəlb edildikdən və cəzasını çəkib qurtardıqdan sonra qalıq borcunu ödəməməklə yanaşı, hər ay təyin olunmuş aliment məbləğini belə ödəməmişdir. Bu da Şəxs icra vərəqəsinin icrasından qərəzli olaraq yayınması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə və digər sübutlarla müəyyən edildi ki, Ağdam Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2 (013) – 6664 / 2016 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı artırılaraq Şəxs xx.xx.2008-ci il təvəllüdlü Jalə adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Artırılmış alimentin tutulması Ağdam Rayon Məhkəməsinin 20.05.202-ci il tarixli, 2(013)-431/2020 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmışdır. İcra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq hazırda Şəxs ödənilməli olan 3716 (üç min yeddi yüz on altı) manat aliment borcu ödənilməmiş qalmışdır. Bununla da Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını və müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Rəşad Mustafayev barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 15 dekabr 2022-ci il tarixdə saat 10:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 19 iyun 2023-cü il tarixdən saat 18:05dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-284/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-284/2023
19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver