Məhkəmə qərarları › İş №3(037)-285/2020

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-285/2020

23.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-285/2020 23.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədriŞirinov Rəfayel Səməd oğlu, x2 AzərbaycanRespublikası x1 Bakı Regional Bölməsinin 03iyul 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətə işin məhkəmədə baxılmasına hazırlanması zamanı baxılaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikasıx1 Bakı Regional Bölməsinin 03iyul 2020-ci il tarixli MN ******* nömrəli qərarına əsasən x6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 1500 (min beş yüz) manat miqdarında cərimə edilmişdir. x5 20 iyul 2020-ci il tarixdə qeyd olunan inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Həmin şikayət 23 iyul 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Ramil Səbzəliyev şikayət ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası x1 Bakı Regional Bölməsinin 03 iyul 2020-ci il tarixli MN ******* nömrəli qərarı təsdiq olunmamış və qərarın təsviri hissəsində göstərilənlərin oxunması qeyri mümkündür. Həmçinin şikayətçi şikayət ərizəsində qeyd etdiyi barəsində tərtib olunmuş 22 iyun 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu da iş materiallarına əlavə etməmişdir. Qərarının surətindən görünür ki, x5 qərarın surətini almasını imzası ilə təsdiq etsə də, hansı tarixdə almasını göstərməmişdir. Ramil Səbzaliyev 03 iyul 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan qanunla müəyyən edilmiş müddət keçdikdən 7 gün sonra, 20 iyul 2020-ci il tarixdə vermiş, şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə müraciət etməmişdir. Azərbaycan Respublikası x1 Bakı Regional Bölməsinin 03 iyul 2020-ci il tarixli MN ******* nömrəli qərarından x5 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və şikayət vermək üçün buraxılmış prosessual müddət bərpa edilmədiyindən hazırki şikayət geri qaytarılmalıdır. x4 Azərbaycan Respublikası x1 Bakı Regional Bölməsinin 03 iyul 2020-ci il tarixli MN ******* nömrəli qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə, məhkəməyə, səlahiyyətli orqana müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: x3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən 1500 (min beş yüz) manat miqdarında cərimə edilməsinə dair Azərbaycan Respublikası x1 Bakı Regional Bölməsinin 03 iyul 2020-ci il tarixli MN ******* nömrəli qərarından şikayəti geri qaytarılsın. Sədr Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar