Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-285/2021 28.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 X5 inspektoru X2 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 17 dektabr 1990-cu il tarixdə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, İsmayıllı rayonu Hacıhətəmli kəndində qeydiyyatda olan və yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2 və 334.3-cü maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 28 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 20 sentyabr 2021-ci il tarixdə saat 22:30-da Zərərçəkmiş şəxs2 məxsus “VAZ 21093” markalı ** BG *** dövlət qeydiyyat nömrəli minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etməsi, idarə etdiyi avtomobillə İsmayıllı şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz C200” markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq həmin avtomobillə toqquşması, nəticədə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 maddi zərər dəyməsi faktı üzrə Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsinin Dövlət X5 əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2 və 334.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 X5 inspektoru İsmayıl Məmmədov izahatında göstərdi ki, Şəxs 20 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində “VAZ 21093” markalı ** BG *** dövlət qeydiyyat nişanlı minik avtomobilini İsmayıllı şəhəri, H.Əliyev prospektində idarə edərkən Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz C200” markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq həmin avtomobillə toqquşmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də, Şəxs barəsində protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, 20 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhərinə qonaq gəlmişdir. Həmin gün qohumu Simran Əhmdəova məxsus “VAZ 21093” markalı ** BG *** dövlət qeydiyyat nişanlı minik avtomobilini İsmayıllı şəhəri, H.Əliyev prospektində “Bazar Store” mağazasının qarşısında geri idarə edib baş yola çıxmaq istəyərkən, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz C200” markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmış və həmin avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 maddi zərər dəymişdir. Dəymiş ziyanla bağlı zərərçəkmişlərlə razılığa gəlmişdir. Avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyinə görə səmimi peşmançılıq hissləri keçirir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanunda nəzərdə tutulmuş daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 20 sentyabr 2021-ci il tarixli 01085 nömrəli şəxsin sərxoşluq vəziyyətinin müəyyən olunması üçün alkotester vasitəsi ilə ölçülmüş müayinənin nəticəsi barədə kağız daşıyıcıdan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 20 sentyabr 2021-ci il tarixdə saat 22:45-də tibbi müayinədən keçirilərkən onun alkoqol sərxoşluğu vəziyyətində (alkoqolun miqdarı 0,909 %) olduğu müəyyən edilmişdir. X3 Servis Mərkəzinin 21 sentyabr 2021-ci arayışında “Mercedes Benz C200” markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilə 65 (altmış beş) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 327.1 – 327.7, 328 – 331, 332.1 – 332.3-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işlərə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından inzibati xəta haqqında protokolun surəti həmin xətalara görə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün İsmayıllı rayon X4 X6 göndərilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 20 sentyabr 2021-ci il tarixdə saat 22:30-da Zərərçəkmiş şəxs2 məxsus “VAZ 21093” markalı ** BG *** dövlət qeydiyyat nömrəli minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmiş, idarə etdiyi avtomobillə İsmayıllı şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz C200” markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq həmin avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 maddi zərər dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 334.3-cü maddəsinə əsasən Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti İsmayıllı rayon X4 X6 göndərilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunmuş cərimənin məbləğinin 10 faizi miqdarından azad edilsin. Təyin edilmiş inzibati cərimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 1 saylı Xəzinədarlıq İdarəsində olan hesabına köçürülsün. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti İsmayıllı rayon X4 X6 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-285/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-285/2021
28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver