Məhkəmə qərarları › İş №3(037)-285/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-285/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-285/2023 05.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi İ dərəcəli ədliyyə qulluqçusu X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx xxxxxxx 1974-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Qarabağ müharibəsi veteranı, İsmayıllı rayonu Zoğallıq kəndində yaşayan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 05 iyul 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2(037)-698/2021 saylı qətnaməsinə əsasən Əzı̇ zov İsfahan Nəgram oğlunun Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığı şikayət ərizələrində işlətdiyi “Zərərçəkmiş şəxs1, Həmı̇ dli Aqşı̇ n Vüqar oğlu və Əzı̇ zov Rahı̇ d Babahəsən oğlunun ermənilərlə qohum olub damarlarında axan qanın tərkibində erməni faşistlərinin, terrorçularının, qaniçənlərinin qanından olduqları” ifadələrin həqiqətə uyğun olmayan məlumatlar olmasına dair cavabdeh Əzı̇ zov İsfahan Nəgram oğlu tərəfindən həmin orqanlara rəsmi müraciət edilməklə təkzib edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra sənədi icra edilməsi üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 22 iyun 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi Elman İsrafilov izahat verərək göstərdi ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar kifayət qədər vaxtı olmuşdur. Hazırda onun qətnamədən apellyasiya şikayəti verməsi qəsdən icra sənədinin icrasından yayınması kimi qiymətləndirilməlidir. Şəxs eyni inzibati xətaya görə 2022-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada cərimə edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 izahat verərək göstərdi ki, Şəxs icra vərəqəsinin icrasından qərəzli olaraq boyun qaçırır. Ona görə də, borclu barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 izahat verərək göstərdi ki, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 izahat verərək göstərdi ki, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, qeyd olunan qətnamədən apellyasiya şikayəti vermək hüququnun olmasını bilməmişdir. Bu səbəbdən hazırda həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Həmçinin bir neçə ay öncə anası vəfat etmişdir. Bundan başqa övladı İİ Qarabağ müharibəsində iştirak etmişdir. Bu səbəbdən qətnamədən şikayət verə bilməmişdir. Ona görə də, qətnamədən şikayət verdiyi üçün hazırki inzibati işin dayandırılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 3(037)-159/2023 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə və digər sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2(037)-698/2021 saylı qətnaməsi əsasən Əzı̇ zov İsfahan Nəgram oğlunun Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığı şikayət ərizələrində işlətdiyi “Zərərçəkmiş şəxs1, Həmı̇ dli Aqşı̇ n Vüqar oğlu və Əzı̇ zov Rahı̇ d Babahəsən oğlunun ermənilərlə qohum olub damarlarında axan qanın tərkibində erməni faşistlərinin, terrorçularının, qaniçənlərinin qanından olduqları” ifadələrin həqiqətə uyğun olmayan məlumatlar olmasına dair cavabdeh Əzı̇ zov İsfahan Nəgram oğlu tərəfindən həmin orqanlara rəsmi müraciət edilməklə təkzib edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra sənədi icra edilməsi üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində borcludan icra vərəqəsinin icrasının təmin edilməsi tələb edilmiş, lakin borclu icra vərəqəsini icra etməkdən imtina etmişdir. Hazırki məhkəmə iclasında da, borclu icra vərəqəsinin icrasını təmin etməyəcəyini bildirmişdir. Bununla da Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Belə ki, Şəxs eyni inzibati xətaya görə İsmayıllı Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 3(037)-159/2023 saylı qərarı ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin vaxtdan sonra Şəxs icra vərəqəsinin icrası tələb olunsa da, o, qətnamənin icrasından müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Hazırda Şəxs İsmayıllı Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2(037)-698/2021 saylı qətnaməsindən apelyasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmçinin Şəxs ilkin məhkəmə iclasında icra vərəqəsini icra edəcəyini və ona bir neçə gün vaxt verilməsini xahiş etmişdir. Buna baxmayaraq Şəxs icra vərəqəsinin icrasından yayınır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını və vəkilin fikrini dinləyərək dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 500 (beş yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar