Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-285/2024 16.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida X1 X6 nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1984-cü il tarixdə İsmayıllı şəhərində anadan anadan olmuş, İsmayıllı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, D2, ev 4-də yaşayan, fərdi identifikasiya nömrəsi 39955N2E Şəxs barəsində Azərbaycan Respublikası Qida X1 X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 20 dekabr 2022-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Hümbətov X3 şəhəri, Cavanşir küçəsində yerləşən ət satışı mağazasında 28 iyun 2024-cü il tarixdə istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların keçirilməsinə maneçilik törətməsi və həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmaması faktı üzrə Azərbaycan Respublikası Qida X1 X7 tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida X1 X6 nümayəndəsi Nümayəndə göstərdi ki, X2 tərəfindən Şəxs məxsus ət satışı mağazasında 24 iyun 2024-cü il tarixdən 28 iyun 2024-cü il tarixədək planlı yoxlama aparılması barədə qərar qəbul olunmuşdur. Bununla bağlı Şəxs rəsmi qaydada məlumatlandırılmışdır. 25 iyun 2024-cü il tarixdə yoxlama həyata keçirən zaman Şəxs yoxlama keçirilməsinə şərait yaratmamışdır. 27 iyun 2024-cü il tarixdə yenidən həmin mağazada olarkən mağaza bağlı olmuş və yenidən 28 iyun 2024-cü il tarixdə Şəxs yenidən yoxlama keçirilməsinə şərait yaratmamışdır. Bundan sonra Şəxs barəsində 28 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokola imza etməkdən imtina etmiş və bununla bağlı akt tərtib edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Qida X1 X6 rəisi hüseyn Abdullazadə tərəfindən qəbul edilmiş 30 may 2024-cü il tarixli qərardan görünür ki, İsmayıllı şəhəri, Cavanşir küçəsində fəaliyyət göstərən ət satışı mağazasında 24 iyun 2024-cü il tarixdən 28 iyun 2024-cü il tarixədək planlı yoxlama aparılması barədə qərar qəbul olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrindən 30 may 2024-cü il tarixli çıxarışdan görünür ki, İsmayıllı şəhəri, Cavanşir küçəsində fəaliyyət göstərən ət satışı mağazasında 24 iyun 2024-cü il tarixdən 28 iyun 2024-cü il tarixədək planlı yoxlama aparılmalıdır. 25, 27 və 28 iyun 2024-cü il tarixli aktlardan görünür ki, Şəxs məxsus ət satışı mağazasında 24-28 iyun tarixlərində nəzərdə tutulmuş planlı yoxlamanın aparılması məqsədilə yoxlamanın aparılacağı ünvana gəlmişlər. Şəxs yoxlamaların keçirilməsinə maneçilik törətmişdir. Elektron sorğu məlumatlarından görünür ki, Şəxs (AA № 1952819) vergi orqanında xx.xx.2008-ci il tarixdə ********** nömrəli şəhadətnamə ilə qeydiyyata alınmış, ət dükanı sahibkarlıq obyekti ilə bağlı vergi orqanında fəaliyyəti dayandırılmış və taksi fəaliyyəti ilə bağlı isə fəaliyyəti aktivdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin «Qeyd» hissəsində göstərilir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs sahibkarlıq fəaliyyətini həyata keçirməmiş, vergi orqanlarına hesabatlar verməmiş, vergilər və sosial ödəmələr həyata keçirməmişdir. Elektron sorğu məlumatlarından göründüyü kimi Şəxs (AA № 1952819) vergi orqanında xx.xx.2008-ci il tarixdə ********** nömrəli şəhadətnamə ilə qeydiyyata alınmış, ət dükanı sahibkarlıq obyekti ilə bağlı vergi orqanında fəaliyyəti dayandırılmışdır. Ona görə də Şəxs törədilən inzibati xətaya görə vəzifəli şəxs hesab olunmur. Şəxs 05 dekabr 2022-ci il tarixdən 07 dekabr 2022-ci il tarixədək istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların keçirilməsinə maneçilik törətmiş və həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxmamış, lakin bunu vəzifəli şəxs kimi deyil, adi fiziki şəxs kimi etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, X5 həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Fiziki şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-285/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-285/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver