Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-286/2020 11.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi ilə Hüquqi şəxs “xxxxxxxxxxxxxxxxx” X5 barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Hüquqi şəxs “xxxxxxxxxxxxxxxxx” X1 nəzərdə tutulan illik hesabatı xx xxxxx 2020-ci il tarixdə təsdiq etsə də, xx xxxx 2020-ci il tarixdə, yəni qanunla nəzərdə tutulmuş 10 gün müddəti ötürməklə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməsi faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaq nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxxxxxxxxxxxxxxx” X3 etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək göstərdi ki, “xxxxxxxxxxxxxxxxx” X3 2019-cu ilə dair illik hesabatı Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla müəyyən olunmuş müddət keçdikdən sonra təqdim edildiyi qeyd edilmiş və buna görə də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, “koronovirus” pandemiyası ilə bağlı yaranmış vəziyyətin şirkətə böyük təsiri olmuşdur. Aprel, may və iyun aylarında cəmiyyətin rəhbərliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair tədbirlər haqqında Qərarını nəzərə alaraq, insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə Bakı şəhərində yerləşən ofis işçilərini uzaqlaşdırılmış iş rejiminə keçirilməsinə qərar vermişdir. Həmin dövrdə hesabatlarla məşğul olan işçilər ev şəraitində işlədiyindən və müvafiq sənədlər ofisdə olduğundan həmin dövrdə hesabatları təqdim etmək mümkün olmamışdır. Həmçinin illik hesabatlar üzrə auditor rəyini almaq üçün müstəqil auditorla 2020-ci ilin mart ayında müqavilə bağlanmışdır. Lakin audit xidməti xüsusi rejim dövründə fəaliyyəti qadağan olan sahəyə aid olduğu üçün həmin dövrdə fəaliyyəti dayandırılmışdır. İcazələr verilən kimi auditor rəyi alınmışdır. Bundan sonra hesabatlar dərhal təqdim olunmuşdur. Hesabatın vaxtında təqdim olunmaması ASC-nin təqsiri üzündən deyil, ölkədə və dünyada baş vermiş məlum hadisələrdən irəli gəlmişdir. Ona görə də “xxxxxxxxxxxxxxxxx” ASC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli İS-040/20 saylı məktubundan görünür ki, “xxxxxxxxxxxxxxxxx” X5 2019-cu il üzrə maliyyə hesabatlarını və emitentin 2019-cu il üzrə idarəetmə hesabatlarına dair tələblərini xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, hüquqi şəxs “xxxxxxxxxxxxxxxxx” ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə hüquqi şəxs “xxxxxxxxxxxxxxxxx” ASC-nin 2019-cu ilə dair illik hesabatı Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etmədiyi qeyd edilmişdir. “xxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli İS-040/20 saylı məktubundan görünür ki, “xxxxxxxxxxxxxxxxx” X3 2019-cu ilə dair hesabatları xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmişdir. İş materiallarından görünür ki, “xxxxxxxxxxxxxxxxx” ASC emitentin 2019-cu il üzrə idarəetmə hesabatlarına dair tələbləri xx xxxxx 2020-ci il tarixdə təsdiq etmişdir. Ölkədə koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə iş yerlərində işçi sayı azaldılmış və bəzi idarə və müəssisələrin fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Bu səbəbdən də ASC tərəfindən 2019-cu ilə dair illik hesabatın Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsində gecikmə yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsinə əsasən qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və emitentlər tərəfindən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hesabatın və ya digər məlumatların müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxxxxxxxxxxxxxxx” ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törədilmədiyindən və hazırki işdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından hüquqi şəxs “xxxxxxxxxxxxxxxxx” ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Hüquqi şəxs “xxxxxxxxxxxxxxxxx” ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-286/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-286/2020
11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver