Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-286/2022 07.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, İsmayıllı rayonu Soltankənd kəndində yaşayan, Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala 07 iyul 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 03 dekabr 2021-ci il tarixdə idarə etdiyi “Mercedes Benz E 240” markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 03 dekabr 2021-ci il tarixli qərarla 10 (on) manat miqdarında inzibati cərimə edilməsinə baxmayaraq, qeyd olunan qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün barəsində 17 iyun 2022-ci il tarixdə DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş portal məlumat sistemi üzrə çıxarışdan görünür ki, Şəxs 03 dekabr 2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilmiş 10 (on) manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə 06 (altı) manat miqdarında dəbbə pulu gələrək, xx.xx.2022-ci il tarixə 16 (on altı) manat məbləğində cərimə borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Şəxs haqqında DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 03 dekabr 2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 04 iyul 2022-ci il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, Şəxs 03 dekabr 2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilən 10 (on) manat miqdarında inzibati cərimə və həmin cəriməyə hesablanmış 06 (altı) manat miqdarında dəbbə pulunu - cəmi 16 (on altı) manat məbləği 07 iyul 2022-ci il tarixdə məhkəmə qərar qəbul edilənədək müvafiq hesaba ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib qərara gəlir ki, Şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 03 dekabr 2021-ci il tarixdə idarə etdiyi “Mercedes Benz E 240” markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 25 iyun 2021-ci il tarixli qərarla 10 (on) manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs 03 dekabr 2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilmiş 10 (on) manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə 06 (altı) manat miqdarında dəbbə pulu hesablanmışdır. Şəxs inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında adı çəkilən qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs 03 dekabr 2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilən 10 (on) manat miqdarında inzibati cərimə və həmin cəriməyə hesablanmış 06 (altı) manat miqdarında dəbbə pulunu - cəmi 16 (on altı) manat məbləği 07 iyul 2022-ci il tarixdə məhkəmə qərar qəbul edilənədək müvafiq hesaba ödəmişdir. Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılmasına görə haqq ödənilməsi halları aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinin məzmununa görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri olmaqla o, qeyd olunun inzibati xəta hadisəsini törətmişdir. Lakin, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında 03 dekabr 2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilən 10 (on) manat miqdarında inzibati cərimə və həmin cəriməyə hesablanmış 06 (altı) manat miqdarında dəbbə pulunu - cəmi 16 (on altı) manat məbləği 07 iyul 2022-ci il tarixdə məhkəmə qərar qəbul edənədək müvafiq hesaba ödədiyinə görə onun inzibati məsuliyyətə cəlb edilməsi zərurəti aradan qalxmışdır. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsinin tələbləri baxımından Şəxs inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105, 110-115, 529-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-286/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-286/2022
07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver