Məhkəmə qərarları › İş №3(037)-286/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-286/2024

11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-286/2024 11.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, X20 haqqında qərardan şikayət verən şəxs X6 iştirakı ilə, X4 İsmayıllı rayon X15 X21 27 iyun 2024-cü il tarixli TP ******* nömrəli X20 haqqında qərarından verdiyi şikayətə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X7 onun barəsində İXM-nin 327.1 və 333.1-ci maddələri ilə Ağcəbədi rayon X15 X24 tərəfindən İXP ******* saylı, xx.xx.2024-cü il tarixli tərtib edilmiş protokol əsasında qəbul edilmiş İsmayıllı rayon X15 X21 27 iyun 2024-cü il tarixli TP 679511 saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, onun qanuni istifadəsində “Opel Astra minik” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil var. Yaxın qohumu və həmkəndlisi X3 rayonunun Horadiz qəsəbəsində yerləşən “N” hərbi hissəsində xidmət edən oğlu Orucov Fəhradın ezamiyyə müddəti bitdiyindən hərbi hissəyə aparımasını xahiş etmişdir. Bununla əlaqədar 19 iyun 2024-cü il tarixdə səhər saat 4-50 radələrində onun avtomobili ilə həmin şəxslərlə birlikdə Horadiz qəsəbəsinə getmək üçün yola düşmüşlər. Əsgəri xidmət etdiyi hərbi hissəyə təhvil verib həmin gün Horadizdən geri qayıdarkən Ağcabədi şəhərində onu yol patrul xidməti əməkdaşları saxlamışdır. Onu YPX avtomobilinə dəvət edərək ondan sərxoş olması barədə şübhələndiyini alkotestr aparatına üfürməsini tələb etmişdir. O yol patrul inspektorundan həmin alkotestr aparatının ucluğunun dəyişdirilməsini tələb etsə də tələbinə məhəl qoyulmamış, üfürülmə tələb edilmişdir. Üfürdükdə guya onun sərxoş olması müəyyən edilmişdir. O bu testlə razılaşmamış və bundan sonra onu həmin polis Ağcabədi rayon təcili tibbi yardım stansiyasına aparmışdır. Orada da həkim onu özündə olan alkotestr aparatı ilə ucluğu dəyişdirmədən üfürülmə üsulu ilə yoxlayaraq onda sərxoşluq əlaməti olduğunu bildirmişdir. Bununla razılaşmayaraq ondan qan analizinin alınmasını və qanında spirtin olub-olmamasının yoxlanmasını tələb etmişdir. Lakin ondan qan analizi alınmamış və tələbi təmin edilməmişdir. Yol patrul xidmətinin inspektoru onu idarə etdiyi avtomobillə Ağcabədi rayon polis şöbəsinə gətirərək avtomobilini ondan alıb cərimə meydanına salmış, avtomobilin sənədləri özündə qalmışdır. Yol patrul xidmətinin inspektoru ona heç bir söz demədən çıxıb getmişdir. Bir müddət gözləmiş, onunla maraqlanan olmadığından və onunla birlikdə oğlunu hərbi hissəyə aparan şəxslə çıxılmaz vəziyyətdə qaldığından məcbur olaraq üç dəfə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub başına gətirilənləri bildirsə də yenə də bir nəticə olmamışdır. Nəhayət yol patrul xidməti rəisinin müavinin qəbuluna girərək başına gətirilən qanunsuzluqları ona bildirmişdir. Həmin rəis müavini ona Mingəçevir şəhərinə gedib ankoloji mərkəzdə sərxoşluqla bağlı müayinədən keçib sənəd gətirməsini tapşırmışdır. O, taksi tutaraq Mingəçevirdə deyilən ankaloji mərkəzə getmiş, lakin orada ona deyilən müayinəni aparmağa ixtiyarlarının olmadığını və ona Gəncə şəhərinə gedib narkoloji dispanserə müraciət etməsi məsləhət bildirmişlər. Həmin taksi ilə Mingəçevirdən Gəncə şəhərinə deyilən dispanserə getmişdir. Onu orada qəbul edib müayinə etmişlər. Aparılan müyinələrin cavabından məlum olmuşdur ki, onda heç bir sərxoşluq əlaməti yoxdur, sərxoşluq “0” faizdir. O, getdiyi taksi ilə Gəncə şəhərindən Ağcabədi şəhərinə qayıdaraq Gəncə narkoloji dispanserdən aldığı rəyi polisə təqdim etsə də həmin sənəd ondan qəbul edilməmişdir. Lakin idarə etdiyi avtomobil ona qaytarılıb təhvil verilmişdir. Bundan sonra telefonuna xx.xx.2024-cü il tarixdə 03-00-da barəsində İXP ******* saylı inzibati protokol tərtib olunduğu və 400 manat inzibati cərimə olunacağı barədə SMS gəlmişdir. O cərimə olunması barədə qərarın surətini almaq üçün İsmayıllı rayon polis şöbəsinə müraciət etmişdir. X19 Vermə haqqında TP ******* saylı qərarın surətini xx.xx.2024-cü il tarixdə almışdır. Beləliklə də Ağcabədi rayon yol patrul xidməti baş inspektoru polis baş leytenantı X5 barəsində xx.xx.2024-cü il tarixdə tərtib etdiyi inzibati xəta haqqında İXP ******* saylı protokol tam əsassız və qanunsuz olmuş, həmin əsassız və qanunsuz protokol əsasında İsmayıllı rayon polis şöbəsinin polis kapitanı X12 tərəfindən X20 haqqında xx.xx.2024-cü il tarixli TP6579511 saylı qərar qəbul edilmişdir. Həmin qərarın surətini xx.xx.2024-cü il tarixdə İsmayıllı rayon polis şöbəsindən şəxsən almışdır. Göründüyü kimi cavabdeh inzibati orqan onun narazı qalmasına və tələb etməsinə baxmayaraq sərxoşluq dərəcəsi qan analizi yoxlanılması tələbini təmin etməmişdir. O sərxoş vəziyyətdə olmuşdursa nə üçün həmin gün avtomobil onun özünə qaytarılmışdır? Beləliklə də, inzibati tənbeh tədbirini icra edən İnzibati orqan qanunvericiliyin tələblərini pozmaqla onun barəsində inzibati protokol tərtib etmiş, həmin protokol əsasında inzibati qaydada icraat başlayaraq əsassız olaraq inzibati cərimə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə təqsirli bilinməsi barədə Ağcabədi rayon Polis Şöbəsinin yol patrul xidməti baş inspektoru polis baş leytenantı X8 tərəfindən barəsində xx.xx.2024-cü il tarixdə tərtib etdiyi inzibati xəta haqqında İXP ******* saylı protokol və həmin protokol əsasında İsmayıllı rayon Polis Şöbəsinin polis kapitanı X12 tərəfindən X20 haqqında xx.xx.2024-cü il tarixdə qəbul edilmiş TP6579511 saylı qərar ləğv edilsin. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 19 iyun 2024-cü il tarixdə bibisi oğlunu Fizuli rayonun Horadiz qəsəbəsinə hərbi hissəyə Həmin gün geri qayıdarkən Ağcəbədi rayonunda yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Yol patrul xidməti inspektoru ona yaxınlaşaraq içkili olub-olmadığını soruşmuşdur. O, içkili olmadığını bildirmiş və polis əməkdaşı ona alkotestr vasitəsi ilə müayinə olunacağını tələb etmişdir. O, buna etiraz etmiş və polis əməkdaşı onu Ağcabədi rayon təcili tibbi yardım stansiyasına aparmışdır. Orada da həkim alkotestr vasitəsi ilə onu tibbi müayinə edərkən aparatın ucluğunun dəyişdirilməsini tələb etmişdir. Buna baxmayaraq həkim ona” qonaq gəlmisən, mənə iş öyrədəsən, qorxma üfür” deyə bildirmişdir. Yenidən onun müayinə zamanı sərxoş vəziyyətdə olması göstərilmişdir. Həkim polis əməkdaşına “qonaq gəlib yola ver getsin” deyə bildirmişdir. Bundan sonra polis əməkdaşı onu avtomobili ilə birlikdə rayon polis şöbəsinə aparmış və sonradan həmin polis əməkdaşı yoxa çıxmışdır. Onun işi ilə heçkimin maraqlanmadığını görüb “102” xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra o, taksi tutaraq müayinədən keçmək üçün Mingəçevir şəhərinə getmişdir. Orada həkimlər həmin analizin verilməsinin mümkün olmadığını və Gəncə şəhərinə getməsi ona təklif olunmuşdur. Bundan sonra Gəncə şəhərinə getmiş Gəncə şəhər Narkoloji Dispanserində müayinədən keçmişdir. Müayinə zamanı onun sərxoş vəziyyətdə olmadığı məlum olmuşdur. Orada həkim ona spirtli içki qəbul etmiş olsaydı müayinə zamanı 1 faizdə olsa sərxoşluğu çıxmış olardı. Bundan bir neçə gün sonra ona heç bir məlumat gəlmədən 400 (dörd yüz) manat məbləğində cərimə olunmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini, inzibati xəta haqqında protokolu, X20 haqqında qərarı və digər iş materiallarını araşdırıb hesab edir ki, X4 şikayəti qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 27 iyun 2024-cü il tarixli TP seriyalı ******* nömrəli X20 haqqında qərardan müəyyən edilir ki, X7 barəsində Azərbaycan Respublikası İXMnin 327.1 və 333.1-ci maddələri ilə tərtib edilmiş 19 iyun 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati tənbeh tədbiri təyin edilmişdir. İsmayıllı rayon Polis Şöbəsin tərəfindən məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında iş materiallarında olan 19 iyun 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, X7 19 iyun 2024-cü il tarixdə saat 13:00-da idarə etdiyi “Opel Astra” (minik) markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomaşınla yol nişanlarının tələblərinə riayət etməməsi və yoxlama zamanı onun həmin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Bununla da, X7 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. X1 tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 19 iyun 2024-cü il tarixli 2485/2024 nömrəli “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” haqqında sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından isə görünür ki, o, barəsində protokol tərtib edildiyi vaxtdan 4 saat sonra, yəni 19 iyun 2024-cü il tarixdə saat 19:41də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserində tibbi müayinədən keçmiş və onun ayıq olması aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaların”ın 2.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi nəqliyyat vasitəsini idarə edən şəxsin nəfəsindən alkoqollu içki qoxusu gəldikdə, ayaq üstündə sərbəst dayana bilmədikdə və özünü idarə edə bilmədikdə həyata keçirilir. Həmin Qaydalann 2.7-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina edildikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar biruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarının 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Göründüyü kimi qərarı qəbul etmiş İsmayıllı rayon Polis Şöbəsinin polis kapitanı X13 işin faktiki hallarını araşdırmamış, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 19 iyun 2024-cü il tarixli 2485/2024 nömrəli “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” haqqında sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında X2 içki qəbul etməmiş, ondan spirtli içki iyi gəlmir ( A/T 0,0 faiz) qeyd edilməsi barədə ziddiyyətlərə hüquqi qiymət verməmişdir. Məhkəmə tərəfindən qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməklə sübutların təqdim edilməsi təklif edilmişdir, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, məhkəmə protokol və toplanmış materialın ksero surətləri İsmayıllı RPŞ-nin xx.xx.2024cü il tarixli məktubu ilə məhkəməyə daxil olmuşdur. Daxil olmuş material hər biri bir vərəq olmaqla, protokol, şəxsin tibbi müayinəyə göndərilməsi barədə protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktdan ibarətdir. Ona görə də yuxarıda qeyd edilən halların araşdırılması mümkün olmamışdır. X4 hərəkətlərində İXM-nin 333.1-ci maddəsinin tərkib əlamətlərinin olubolmamasına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk növbədə subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə təsdiq edilir. Odur ki, məhkəmə tərəflərin təqdim etdiyi sübutları qarşılıqlı müqayisəli şəkildə təhlil eədərk hesab edir ki, X4 hərəkətlərində İXM-nin 333.1-ci maddəsinin tərkib əlamətlərinin olması iş materialları sübuta yetirilmir, qərar qəbul etmiş orqan tərəfindən isə məhkəməyə buna dair mötəbər sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş 27 iyun 2024-cü il tarixli TP seriyalı ******* nömrəli X20 haqqında qərar ləğv edilməli, onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə İXM-nin 333.1-ci maddəsi ilə başlanmış icraata hissəvi xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə araşdırması zamanı X4 hərəkətlərindən İXM-nin 327.1-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, bu hissədə məhkəməyə nə şikayətçi, nədə qərarı qəbul etmiş orqan tərəfindən sübut təqdim edilməmişdir. Belə olan halda isə həmin hissədə qanuni və obyektiv qərar qəbul edilməsi mümkün deyildir. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş 27 iyun 2024-cü il tarixli TP seriyalı ******* nömrəli X20 haqqında qərar ləğv edilməli, onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə İXM-nin 327.1-ci maddəsi ilə başlanmış icraat üzrə yenidən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması təmin edilməklə İsmayıllı RPŞ-nin DYPB-nə göndərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X4 əməlində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş X20 haqqında qərar səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbiylə, yəni İXM-nin 135.1.1-ci maddəsinin tələbi pozulduğundan şikayət qismən təmin edilməli, X4 barəsində İsmayıllı RPŞ-nin polis kapitanı X13 tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli TP seriyalı ******* nömrəli X20 haqqında qərar ləğv edilməli, onun barəsində Ağcəbədi RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə İXM-nin 333.1-ci maddəsi ilə başlanmış icraata hissəvi xitam verilməli və protokol əsasında İXM-nin 327.1-ci maddəsi ilə başlanmış icraat üzrə Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə tam, hərtərəfli və obyektiv əlavə araşdırmanın aparılması təmin edilməklə yenidən baxılması üçün toplanmış material İsmayıllı RPŞ-nin DYPB-nə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş 400 (dörd yüz ) manat cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Şikayət qismən təmin edilsin. X4 barəsində İsmayıllı RPŞ-nin polis kapitanı X13 tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli TP seriyalı ******* nömrəli X20 haqqında qərar ləğv edilsin. X4 barəsində Ağcəbədi RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında İXM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata hissəvi xitam verilsin. X4 barəsində Ağcəbədi RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında İXM-nin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata yenidən baxılması üçün toplanmış material İsmayıllı RPŞ-nin DYPB-nə göndərilsin. Qəbul edilmiş 27 iyun 2024-cü il tarixli TP seriyalı ******* nömrəli X20 haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş 400 (dörd yüz) manat cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar