Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-286/2025 03.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2, qərarından şikayət verilən Azərbaycan Respublikası Ağsu Regional Miqrasiya İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X2 Azərbaycan Respublikası Ağsu Regional Miqrasiya İdarəsinin 08 avqust 2025ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə 03 sentyabr 2025-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X2 barəsində Azərbaycan Respublikası Ağsu Regional Miqrasiya İdarəsi tərəfindən qəbul olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilməsinə dair 08 avqust 2025-ci il tarixli MN ******* nömrəli qərardan X4 şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, İran İslam Respublikası vətəndaşı olan Ata Kohanı uzun müddətdir ki tanıyır. Belə ki, o anasını müalicə üçün İran İslam Respublikasına apardıqda həmin şəxslə tanış olmuş və ona köməklik göstərmişdir. Həmin şəxs Azərbaycana 1 aylıq istirahətə gəlmişdir və sənədlərində də, onun istirahət məqsədi ilə gəldiyi qeyd olunmuşdur. 15 gün sonra aparıb qeydiyyata salmaq istədikdə, Miqrasiya İdarəsində onlara dedikləri qaydada izahat yazacaqları təqdirdə 1 il daha həmin şəxsin qalmasına köməklik göstərəcəklərini bildirmişlər. O, qeyd olunduğu kimi izahatını yazmış və sonradan inzibati qaydada tənbeh edilmişdir. Qəbul edilmiş qərarla razı deyil. Belə ki, həmin şəxsi işlətməmiş və əməkdaşlar onu işləməsini aşkar etməmişlər. Ona görə də, qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ağsu Regional Miqrasiya İdarəsinin nümayəndəsi Nümayəndə hazırki iş üzrə Elman Orucəliyevin şikayət ərizəsində qeyd etdiklərini əsassız hesab etdiyini bildirdi və izahat verərək göstərdi ki, 07 avqust 2025-ci il tarixdə şəxs olduğu yer üzrə qeydiyyata alınmaq üçün müraciət etmişdir. Həmin şəxsdən Azərbaycana gəlmə səbəbi soruşulmuş, şəxs işləmək məqsədi ilə gəldiyini bildirmişdir. Hətta həmin şəxs hazırda işlədiyini də bildirmişdir. Həmin şəxslə söhbət zamanı, o usta olduğunu və İran İslam Respublikasında işləmək istəmədiyini, bir neçə gündür Elman Orucəliyevin yanında işlədiyini və aylıq 700 (yeddi yüz) manat məbləğində məvacib aldığını qeyd etmişdir. Bundan sonra Elman Orucəliyev idarəyə dəvət olunmuş və o da qeyd olunanları təsdiq etmiş və bu barədə izahatda yazmışdır. Həmin şəxslər idarədə üzləşdirilmiş və İran İslam Respublikasının vətəndaşı yenidən qeyd etdiklərini təsdiq etmişdir. Bundan sonra Elman Orucəliyev barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla, şikayətin təmin olunmamasını və qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İran İslam Respublikası vətəndaşı Kohan Atanın verdiyi izahatdan görünür ki, 24 iyul 2025-ci il tarixdə Elman Orucəliyevin təklifi ilə Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2025-ci il tarixdən 700 (yeddi yüz) manat qarşılığında X3 rayonu Diyallı kəndində yerləşən sexində işləmişdir. Azərbaycan Respublikası Ağsu Regional Miqrasiya İdarəsinin 08 avqust 2025-ci il tarixli, MN ******* saylı qərarından görünür ki, X4 AR İXM-nin 575.3-cü maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə şikayətçinin və nümayəndənin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməlidir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatı və iş materialları ilə müəyyən edildi ki, X1 İslam Respublikası vətəndaşı Ata Kohanı Azərbaycan Respublikasında yaşamaq və işlə təmin edəcəyini vəd edərək xx.xx.2025-ci il tarixdə Azərbaycana dəvət etmiş, xx.xx.2025-ci il tarixdən mebel sexində könüllü olaraq haqqı ödənilmədən işə cəlb etməsi faktı aşkar edilmişdir. Bununla bağlı 08 avqust 2025-ci il MN seriyalı 12124357 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və Azərbaycan Respublikası Ağsu Regional Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. X4 hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası Ağsu Regional Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərardan narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini İran İslam Respublikası vətəndaşı olan Ata Kohanı hər hansı bir işə cəlb etmədiyini və həmin şəxsin Azərbaycana istirahət etmək məqsədi ilə gəlməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4–cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən, onlara xidmət göstərilməsini və ya onların işə qəbul olunmasını təmin edən və onların Azərbaycan Respublikasında olması, yaşaması və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və ya təşkilatların vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X1 İslam Respublikası vətəndaşı Ata Kohanı Azərbaycan Respublikasında yaşamaq və işlə təmin edəcəyini vəd edərək xx.xx.2025-ci il tarixdə Azərbaycana dəvət etmiş, xx.xx.2025-ci il tarixdən mebel sexində könüllü olaraq haqqı ödənilmədən işə cəlb etmişdir. Ona görə də, onun barəsində Azərbaycan Respublikası Ağsu Regional Miqrasiya İdarəsi tərəfindən 08 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 08 avqust 2025-ci il tarixdə qərar qəbul edilmiş, qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.3-cü maddəsinə əsasən 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Həmin inzibati xəta haqqında protokol qanuni əsaslarla tərtib edilmiş və həmin protokol əsasında X2 barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən qanunla müəyyən edilmiş qaydalara əməl edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri çərçivəsində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci mаddəsinə əsasən, inzibаti tənbeh məsuliyyət tədbiridir və inzibаti xətа törədən şəxsi qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə həm inzibаti xətа törətmiş şəxs, həm də bаşqа şəxslər tərəfindən yeni inzibаti xətа törədilməsinin qаrşısını аlmаq məqsədi dаşıyır. Həmin Məcəllənin 31-ci mаddəsinə əsasən, inzibаti xətаyа görə tənbeh bu Məcəlləyə uyğun оlаrаq tətbiq edilir. Fiziki və yа vəzifəli şəxslər bаrəsində inzibаti tənbeh tətbiq edilərkən xətаnın xаrаkteri, inzibаti xətа törədənin şəxsiyyəti, оnun təqsirinin dərəcəsi, əmlаk vəziyyəti, hаbelə məsuliyyəti yüngülləşdirən və аğırlаşdırаn hаllаr nəzərə аlınır. İnzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, X2 şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Ağsu Regional Miqrasiya İdarəsinin 08 avqust.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.3-cü maddəsinə əsasən 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ağsu Regional Miqrasiya İdarəsinin 08 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-286/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-286/2025
03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver