Məhkəmə qərarları › İş №3(037)-287/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-287/2020

30.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-287/2020 30.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxx 1989-cu ildə İsmayıllı rayonu Qubaxəlilli kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala xx xxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxx 2020-ci il tarixdə saat 19:00 radələrində İsmayıllı rayonu Qubaxəlilli kəndində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu vuraraq sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onu qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Vüqar Qarayevin xx xxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi Rəhim Bədəlov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs arvadı Zərərçəkmiş şəxs döyməsi faktı üzrə araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərini pozduğundan barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material və onun əsasında qəbul edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə yaşadıqları evdə arvadı Rəsmiyyə ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Rəsmiyyəni vuraraq döymüşdür. Hazırda Rəsmiyyə onu bağışlamış və onlar barışmışlar. Odur ki, işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, 2009-cu il tarixdə Şəxslə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşlar və nikahlarından iki övladları vardır. xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində yaşadıqları evdə olarkən Arzu ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Arzu onu döşəmə silən taxta ilə vurmuş, daha sonra qolundan tutaraq onu sürümüş və evdən çıxmasını tələb etmişdir. O, həmin gün azyaşlı uşaqları ilə birlikdə evdən çıxmış və anasının yaşadığı evə getmişdir. Hazırda o, Arzunu bağışlamış və onunla barışmışdır. Odur ki, Arzu ilə barışmasını nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə-Tibbi Ekspertiza və X2 248 №-li xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – döş qəfəsinin, sol dirsək nahiyyəsinin, sağ saidin sıyrıqları, hər iki bazunun, sağ saidin və hər iki budun qançırları küt əşya (alət) təsirindən törənmiş, törənmə müddəti xx xxxxxx 2020-ci il tarixdə törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı Vüqar Qarayevin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsinin təmin edilməsi üçün İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Zərərçəkmiş şəxs xx xxxx 2020-ci il tarixdə məhkəməyə verdiyi ərizəsindən görünür ki, o, Şəxs bağışlamış və onunla barışdığı üçün işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 19:00 radələrində İsmayıllı rayonu Qubaxəlilli kəndində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu vuraraq sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş və bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati xətanı törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinin tələbinə görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9, 105, 110-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslərlə barışdığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar