Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-287/2022 23.06.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxxx 1990-cı il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 23 iyun 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 18 iyun 2022-ci il tarixdə saat 16:00 radələrində İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində küçəsində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Mirdamət Nəzərli izahatında göstərdi ki, Şəxs 18 iyun 2022-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin həyətində xidməti vəzifələrini yerinə yetirən yol patrul xidməti əməkdaşlarının qanuni tələbinə tabe olmadığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 18 iyun 2022-ci il tarixdə qonşusu Kamran Yedigarovla şəhər ərazisində yeməkxanaların birində bir qədər pivə içmişlər. Bir qədər sonra oradan çıxmış və küçədə gedərkən aralarında mübahisə yaranmışdır. Biraz yüksək səslə mübahisə etdikləri üçün polis əməkdaşları onlara yaxınlaşmış və onları rayon polis şöbəsinə dəvət etmişlər. Kamran heç bir söz demədən polisin xidmətinə avtomobilinə əyləşmişdir. Onun azyaşlı övladı xəstəxanada yataq şəraitində müalicə aldığından həmin vaxt onun yanına gedirmiş. O, polis əməkdaşlarına uşağının yanına xəstəxanaya getməli olduğunu və bir qədər sonra rayon polis şöbəsinə gələ biləcəyini bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları ona icazə verməmiş və onun polis şöbəsinə getməli olduğunu bildirmişdir. Bu zaman o, heç bir etiraz etmədən polis əməkdaşlarının xidməti avtomobilinə əyləşərək rayon polis şöbəsinə getmişdir. Polis şöbəsində bir qədər qalmış və heç bir sənədləşmə aparılmadan yaşadığı evə buraxılmışdır. 22 iyun 2022-ci il tarixdə yenidən şöbəyə dəvət olunmuş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, barəsində tərtib olunmuş protokolla razı deyil. Belə ki həmin protokolda onun polisin qanuni tələblərinə tabe olmadığı göstərilmişdir. O, heç bir inzibati xəta törətməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X5-patrul xidməti bölüyünün polis nəfəri polis baş serjantı X2 izahatında göstərdi ki, 18 iyun 2022-ci il tarixdə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində polis mayoru Murad Süleymanovla xidmətdə olarkən iki nəfər şəxsin mübahisə etdiyini görmüşlər. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və onları nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxslərdən biri sonradan şəxsiyyəti məlum olan Şəxs öz qanunsuz hərəkətlərinə davam etmişdir. Həmin şəxsləri rayon polis şöbəsinə dəvət etdikdə isə Şəxs azyaşlı uşağının xəstəxanada olduğunu bildirərək polis şöbəsinə getməkdən imtina etmişdir. Bir qədər sonra Şəxs polis şöbəsinə getməyə razılaşmış və xidməti avtomobilə əyləşmişdir. Rayon polis şöbəsində onların hər ikisinin izahatı alınmış və sonradan yaşadıqları evə buraxılmışdır. Həmin vaxt Şəxs onların iş fəaliyyətini pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin və şahidin izahatlarını dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İsmayıllı rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs 23 iyun 2022-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının qanuni tələbinə tabe olmaması göstərilmişdir. Lakin, həmin inzibati xətanın Şəxs tərəfindən törədilməsi faktı üzrə işdə kifayət qədər sübutlar yoxdur. Şəxs həmin vaxt uşağının xəstəxanada olduğunu, bir qədər sonra polis şöbəsinə gələ biləcəyini bildirmişdir. Göründüyü kimi həmin vaxt Şəxs polisin qanuni tələblərinə tabe olmaması və polisin iş fəaliyyətinin pozulması ilə müşayiət olan hər hansı hərəkət törətməmişdir. Şəxs həmin vaxt polis şöbəsinə gedə bilməyəcəyini bildirməsi onun polisin qanuni tələblərinə qəsdən tabe olmaması kimi qiymətləndirilə bilməz. Həmçinin Şəxs həmin vaxt könüllü olaraq polis əməkdaşlarının xidməti avtomobilinə əyləşmiş və rayon polis şöbəsinə getmişdir. Ona görə də, Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta hadisəsi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-287/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-287/2022
23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver