Məhkəmə qərarları › İş №3(037)-289/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-289/2020

04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-289/2020 04.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə xx xxxx 1988-ci il tarixdə İsmayıllı rayonu Bizlan kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2 (037) – 629 / 2017 saylı qətnaməsinə əsasən Şəxs 3030 (üç min otuz) manat alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsi və xx xxx 2017-ci il tarixli 2(037)-361/2017 saylı qətnməsinə əsasən Şəxs 3970 (üç min doqquz yüz yetmiş) manat alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin qərarların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda Zərərçəkmiş şəxs2 ödənilməli olan 3030 (üç min otuz) manat və Zərərçəkmiş şəxs1 olan 3970 (üç min doqquz yüz yetmiş) manat borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2 (037) – 629 / 2017 nömrəli və xx xxx 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə İsmayıllı rayon İcra Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında icra etməmişdir. İcra sənədi İsmayıllı rayon İcra Şöbəsinin icraatında olduğu müddət ərzində müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu ötən müddət ərzində borcundan ödəniş etməmiş və icra vərəqələrin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla Hümbət Orucovun inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Elçin Məhərrəmov izahat verərək göstərdi ki, tələbkar Zərərçəkmiş şəxs2 ödənilməli olan 3030 (üç min otuz) manat və tələbkar Zərərçəkmiş şəxs1 ödənilməli olan 3970 (üç min doqquz yüz yetmiş) manat pul məbləğlərindən indiyədək hər hansı miqdarda vəsait ödəməmiş, qeyd olunan məhkəmə qətnamələrinin icrası ilə əlaqədar üzərinə düşən vəzifəni yerinə yetirə bilməmişdir. Buna səbəb dörd ildir ki, şəkər xəstəliyindən əziyyət çəkir və mütəmadi olaraq müalicə alır. Bir neçə dəfə onun qanında olan şəkərin miqdarı artmış və komada qalmışdır. Onun başqa gəlir yeri yoxdur və maddi imkanı olduqca ağırdır. Məhkəmə qətnamələrinin icrasından boyun qaçırmaq niyyəti yoxdur, maddi imkanı olmadığından həmin qətnamələrin icrasını təmin edə bilməmişdir. Hazırda əməlindən peşiman olmaqla ona güzəşt olunmasını xahiş edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X2 hazırki işə baxılması üzrə məhkəmə iclasına gəlməmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Şəxs İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2 (037) – 629 / 2017 saylı icra vərəqəsinə əsasən 3030 (üç min otuz) manat borcu Zərərçəkmiş şəxs2 və İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2 (037) – 361 / 2017 saylı icra vərəqəsinə əsasən 3070 (üç min yetmiş) manat borcu Zərərçəkmiş şəxs1 ödəməkdən yayınır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2 (037) – 629 / 2017 saylı icra vərəqəsinə əsasən Şəxs 3030 (üç min otuz) manat alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsi və xx xxxx 2017-ci il tarixli 2(037)-361/2017 saylı icra vərəqəsinə əsasən Şəxs 3970 (üç min doqquz yüz yetmiş) manat alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmiş və barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx xxxxx 2019-cu il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, inzibati cərimənin 500 (beş yüz) manat miqdarında müəyyən edilməsini qanunamüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar