Məhkəmə qərarları › İş №3(037)-289/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-289/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-289/2025 01.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1967-ci ildə İsmayıllı rayonu Talıstan kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 01 sentyabr 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İsmayıllı rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında protokola əsasən Şəxs 01 aprel 2025-ci il tarixdə, İsmayıllı şəhəri ərazisində yerləşən kafedə Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu döymüş, buna görə də barəsində 01 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs İsmayıllı Rayon Məhkəməsinin sürücüsü Natiq Babayevin qardaşıdır. Ona görə də, işin İsmayıllı Rayon Məhkəməsində baxılmasını istəmir və hakimə etiraz edir. Etirazı qəbul edilmədiyi üçün məhkəmə iclas zalını tərk edir. Məhkəmə iclasının zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı olmadan keçirilməsini və işi mahiyyəti üzrə baxılmasını qərara alınmışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi İlkin Hüseynli izahatında göstərdi ki, qeyd olunan faktla bağlı X7 Bölməsində araşdırma aparılmış və Şəxs əməlindən İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu müəyyən edilmişdir. Şəxs barəsində olan inzibati xəta haqqında protokola baxılaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, qardaşı oğlu İlham Babayevlə kafedə yeyib içərkən, bacısı oğlu Zərərçəkmiş şəxs oraya gəlmişdir. Bir qədər sonra çöldə olan səs-küyə çıxmış və İlhamla Elmanın mübahisə etdiyini görmüş və onları ayırmağa çalışmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs vurmamış və ona hər hansı xəsarət yetirməmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-Tibbi Ekspertiza və X2 403 №-li xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın hematoması, sol qaş qövsünün, sol gözaltı nahiyənin yaraları, sol gözün ağlı qişasının qansızması, sol göz qapaqlarının, sağ gözaltı nahiyənin, sağ ayaq pəncəsinin qançırları, sol diz oynağının sıyrığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə başın hematoması, sol qaş qövsünün, sol gözaltı nahiyənin yaraları, sol gözün ağlı qişasının qansızması sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. İsmayıllı rayon X7 Bölməsinin müstəntiqi Rəşad Əlizadənin xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində AR CM-nin 128-ci maddəsi ilə cinayət təqibinin başlanması əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilsin və həmin hissədə cinayət işindən material ayrılaraq saxlanılması üçün İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. Şəxs əməlində AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulan döymə inzibati xətasının tərkib əlamətləri müəyyən edildiyindən sonuncunun barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün həmin xüsusat üzrə cinayət işindən material ayrılaraq İsmayıllı RPŞ-nin X1 göndərilmişdir. İsmayıllı rayon X7 Bölməsinin müstəntiqi Rəşad Əlizadənin xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarında olan şahidlər X5 və X4 ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs İlham Babayev tərəfindən vurularaq döyülmüş, həmin vaxt Şəxs onları ayırsa da, Şəxs Zərərçəkmiş şəxs döydüyünü görməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İsmayıllı rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi İlkin Hüseynli tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs 01 aprel 2025-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döyməsi göstərilmişdir. Lakin həmin inzibati xətanın Şəxs tərəfindən törədilməsi faktı üzrə işdə kifayət qədər sübutlar yoxdur. Belə ki, Şəxs 01 aprel 2025-ci il tarixdə İsmayıllı şəhəri ərazisində yerləşən kafedə Zərərçəkmiş şəxsla aralarında baş vermiş mübahisə zamanı sonuncunu qəsdən döyməsini görən hər hansı bir şəxs olmamışdır. İsmayıllı rayon X7 Bölməsində şahid qismində izahat vermiş X5 və X6 ifadələrində Zərərçəkmiş şəxs İlham Babayev tərəfindən döyüldüyünü, həmin vaxt Şəxs onları ayırdığını, Şəxs Zərərçəkmiş şəxs döydüyünü və ona qarşı hər hansı zor tətbiq etdiyini görmədiklərini bildirmişdir. Göründüyü kimi Şəxs Zərərçəkmiş şəxs döyməsini Zərərçəkmiş şəxs özündən başqa təsdiq edən digər sübut yoxdur. Həmçinin iş materiallarından göründüyü kimi Zərərçəkmiş şəxs döyülərək xəsarət alması ilə bağlı, X8 barəsində AR CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin cinayət işi hazırda məhkəmənin icraatındadır. Göründüyü kimi Şəxs Zərərçəkmiş şəxs vuraraq onu qəsdən döyməsini və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Belə ki, həm İlham Babayevin CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsi, həm də Sərvan Babayevin İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi Məhkəmə-Tibbi Ekspertiza və X2 403 №-li xx.xx.2025-ci il tarixli ekspert rəyindəki xəsarətlərin dərəcələndirilməsinə istinadən verilsə də, hansı xəsarətlərin kimlər tərəfində, yəni, Zərərçəkmiş şəxs aldığı dərəcəsi təyin edilməyən xəsarətlərin İ.Babayev tərəfindən deyil, məhz Şəxs tərəfindən yetirilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, məhkəmə iclas zamanı da bu hal öz təsdiqini tapmamışdır. İbtidai istintaq orqanı heç bir sübuta söykənməyən, ehtimal və ümumi mülahizələrə əsaslanaraq Zərərçəkmiş şəxs yetirilmiş yüngül xəsarətlərin İ.Babayev tərəfindən, dərəcəsi təyin edilməyən xəsarətlərin isə Şəxs tərəfindən yetirilməsi qənaitinə gələrək, Şəxs barəsində əsassız olaraq, əlavə araşdırma aparmadan İXM-nin 157-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə göndərmişdir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır və həmin maddədə nəzərdə tutulan inzibati xəta hadisəsinin Şəxs tərəfindən törədilməsi istisna edilir. Hazırki materialın hüquqi tövsüfü ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi şəxsin hüquqazidd əməlinin mövcud olması üçün şəxsin qəsdən və ya ehtiyatsızlıqdan həmin əməlin törətməsi lazımdır. Lakin Şəxs qəsdən və ya ehtiyatsızlıqdan hüquqazidd əməl etdiyi aşkar olunmur. Onun təqsiri şübhələrə əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar