Məhkəmə qərarları › İş №3(037)-29/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-29/2022

10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-29/2022 10.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1985-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, İsmayıllı rayonu Qalagah kəndində yaşayan, evli, orta təhsili, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 4-cü taqımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1-ci maddələri ilə daxil olan inzibati xəta haqqında materiala 10 yanvar 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 08 yanvar 2022-ci il tarixdə saat 20:00 radələrində “VAZ 21214” markalı ** LC *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozması, nəqliyyat vasitəsini etibarnaməsiz və idarə etmə hüququ olmadan, narkotik vasitədən istifadə etməklə sərxoş vəziyyətdə idarə etməsi faktı üzrə barəsində Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 4-cü taqımı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1-ci maddələri ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 4-cü tağımının yol patrul xidməti inspektoru X2 izahat verərək göstərdi ki, Şəxs 08 yanvar 2022-ci il tarixdə saat 21 radələrində “VAZ 21214” markalı ** LC *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən işıq cihazlarından düzgün istifadə etmədiyi üçün ona saxla işarəsi verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, nəqliyyat vasitəsini etibarnaməsiz, sürücülük hüququ olmadan və narkotik vasitədən istifadə etməklə sərxoş vəziyyətdə idarə etmişdir. Bununla bağlı Şəxs barəsində müvafiq maddələrlə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 08 yanvar 2022-ci il tarixdə saat 20 radələrində dostu Murada məxsus “VAZ 21214” markalı dövlət qeydiyyat nişanlı minik avtomobillə Qaraməryəm- İsmayıllı yolunda hərəkətdə olarkən yol patrul xidməti əməkdaşları onu saxlamışdır. Onun sürücülük hüququ olmadığı üçün avtomobili duracağa aparmışlar. Müayinə zamanı onun avtomobili narkotik vasitədən istifadə edərək idarə etməsi müəyyən olunmuşdur. Həmin gün bir qədər narkotik vasitə olan marixuana qəbul etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. 08 yanvar 2022-ci il tarixli 11 nömrəli şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 08 yanvar 2022-ci il tarixdə saat 20:38-də tibbi müayinədən keçirilərkən onun yüngül dərəcəli narkotik maddə sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. 10 yanvar 2022-ci il tarixli portal məlumat bazası üzrə çıxarışdan müəyyən edilir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 329.3 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından inzibati xəta haqqında protokolun surəti həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 4-cü taqımına göndərilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 08 yanvar 2022-ci il tarixdə saat 20:00 radələrində “VAZ 21214” markalı ** LC *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan, narkotik vasitədən istifadə etməklə sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun təfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə ona digər inzibati tənbeh verilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 10 yanvar 2022-ci il tarixdən saat 16:50-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106- 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 10 yanvar 2022-ci il tarixdən saat 16:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 4-cü taqımına göndərilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədr edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar