Məhkəmə qərarları › İş №3(037)-293/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-293/2022

06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-293/2022 06.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1984-cü il tarixdə İsmayıllı rayonu, Basqal qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, subay, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, İsmayıllı rayonu, Basqal qəsəbəsində qeydiyyatda olan və yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin MTT(001)-31/2021-ci il tarixli 19 noyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən müəyyən edilmiş xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 ilə anaları Zərərçəkmiş şəxs ünsiyyətdə olmalarını təmin etməyərək icra məmurunun tələblərinin yerinə yetirilməmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Emin Bağırov məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin MTT(001)- 31/2021-ci il tarixli qərardadına əsasən Zərərçəkmiş şəxs hər həftənin bazar günü saat 10:00-dan 20:00-a qədər xx.xx.2010-cu il təvəllüdlü Rüqayə və xx.xx.2011-ci il təvəllüdlü Əşrəf adlı uşaqlarla ünsiyyətdə olmaq hüququ verilməsi barədə qərar qəbul edilmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə 27 fevral 2022-ci il tarixdə İsmayıllı rayonu Basqal qəsəbəsi ərazisində olmuş və uşaqların anası ilə ünsiyyətdə olması təmin olunmuşdur. Bu barədə həmin tarixdə tərəflərin iştirakı ilə akt tərtib olunmuşdur. Bundan sonra tələbkar onunla telefon əlaqəsi saxlayaraq Şəxs icra vərəqəsinin icrasını təmin etmədiyini, uşaqların onunla görüşməsinə mane olduğunu bildirmişdir. Bununla bağlı Şəxs icra şöbəsinə dəvət olunmuş və izahatı alınmışdır. Şəxs izahatında uşaqların anası ilə görüşməsinə heç bir etirazının olmadığını bildirmişdir. Buna baxmayaraq tələbkar Bakı şəhərində yaşadığını hər həftənin bazar günü uşaqları ilə ünsiyyətdə olmaq üçün İsmayıllı rayonuna gəldiyini lakin, uşaqları ilə heç bir halda ünsiyyətdə qura bilmədiyini bildirmişdir. Ona görə də hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək üzürlü səbəblərə görə məhkəmədə iştirak edə bilmədiyini, borclunun onun uşaqlarla görüşməsinə mane olduğunu, onu söyərək hədələdiyini bildirərək cəzalandırılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin MTT(001)-31/2021-ci il tarixli qərardadına əsasən Zərərçəkmiş şəxs hər həftənin bazar günü saat 10:00dan 20:00-a qədər xx.xx.2010-cu il təvəllüdlü Rüqayə və xx.xx.2011-ci il təvəllüdlü Əşrəf adlı uşaqlarla ünsiyyətdə olmaq hüququ verilməsi barədə qərar qəbul edilmiş, icra sənədinin icrası məqsədi ilə təyin edilmiş bütün icra tədbirinə uşaqlarını gətirsə də tələbkar Zərərçəkmiş şəxs özü gəlməmiş, müxtəlif vaxtlarda anası və ya digər qohumunu göndərmişdir. Yalnız 27 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs özü gəlmiş və uşaqlarla görüşməsi baş tutmuşdur. Onun icra vərəqəsinin icrasından boyun qaçırmaq niyyəti olmamışdır. Uşaqlar onun yanında qaldığından tələbkar bunu qəbul etmir və hər vasitə ilə onun həbs olunmasına çalışır. Yenə də bildirir ki, o, uşaqların anası ilə ünsiyyətdə olmasına etiraz etmir və bununla bağlı üzərinə düşən öhdəlikləri icra edir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə alaraq barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin MTT(001)-31/2021-ci il tarixli qərardadın görünür ki, Zərərçəkmiş şəxs hər həftənin bazar günü saat 10:00dan 20:00-a dək xx.xx.2010-cu il təvəllüdül Rüqayə və xx.xx.2011-ci il təvəllüdlü Əşrəf adlı uşaqlarla ünsiyyətdə olmaq hüququ verilməsi qət edilmişdir. İşdə olan 27 fevral 2022-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə xx.xx.2010-cu il təvəllüdlü Rüqayə və xx.xx.2011-ci il təvəllüdlü Əşrəf adlı uşaqlarla ünsiyyətdə olmuş və bu barədə akt tərtib olunmuşdur. İşdə olan Şəxs tərəfindən yazılmış xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli izahatlarından görünür ki, Şəxs icra vərəqəsinin icrasından boyun qaçırmaq niyyəti olmadığını, icra vərəqəsinin icrasını təmin edilməsi üçün üzərinə düşən öhdəlikləri icra etməyə hazır olduğunu, lakin tələbkar Zərərçəkmiş şəxs uşaqları ilə görüşməyə gəlmədiyini bildirmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. İş materialları, habelə borclunun izahatı ilə müəyyən edilir ki, borclu Şəxs icra vərəqəsinin icrasından boyun qaçırmaq niyyəti olmamış, himayəsində olan iki azyaşlı uşaqlarla vaxtı-vaxtında tələbkar Zərərçəkmiş şəxs ilə ünsiyyətdə olmasına şərait yaratmışdır. İş materiallarında olan 27 fevral 2022-ci il tarixdə tərtib olunmuş aktdan da göründüyü kimi həmin tarixdə Zərərçəkmiş şəxs xx.xx.2010-cu il təvəllüdlü Rüqayə və xx.xx.2011-ci il təvəllüdlü Əşrəf adlı uşaqlarla ünsiyyətdə olmuşdur. Şəxs icra şöbəsinə dəvət olunaraq icra vərəqəsinin icrası ondan tələb olunmuş və o, izahatlarında icra vərəqəsini icra etməyə heç bir etirazının olmadığını, sadəcə tələbkarın görüşə gəlmədiyini bildirmişdir. Buna baxmayaraq icra məmuru heç bir icra hərəkəti aparmamış, yalnız tələbkarın şikayətini əsas götürərək Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbu ki, icra məmuru Şəxs icra vərəqəsinin icrasını təmin edib-etmədiyini müəyyən etmək üçün tərəfləri dəvət edib icra tədbirləri görə bilərdi. Hazırki iş materiallarında isə Şəxs qeyd olunan inzibati xətanı törətməsi ilə bağlı heç bir sübut yoxdur. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırkı vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar