Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-293/2025 04.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən, İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən e t d i m: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 04 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, borclu 12000 (on iki min) manat aliment borcunu ödəmir. İcra məmuru Şəxs eyni icra vərəqəsi üzrə heç bir üzrlü səbəb olmadan borcunu ödəmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində 14 iyul 2025-ci il tarixdə AR İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərmiş və məhkəmənin həmin tarixli qərardadı ilə protokol və ona əlavə edilmiş sənədlər natamam olduğu üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. Həmin qərardadda inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin qaytarılmasının əsası olaraq qeyd edilmişdir ki, icra məmurunun protokolda qeyd etdiyi aliment borcunun məbləği ilə bağlı mübahisə olduğunu, lakin icra məmurunun qeyd olunan halı tam araşdırmadığı qeyd edilmişdir. Buna baxmayaraq göstərilən nöqsanlar aradan qaldırılmadan yenidən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Bundan başqa borclu Şəxs qeyd olunan aliment borcunun silinməsi ilə bağlı İsmayıllı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və hazırda iş məhkəmənin icraatındadır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırki protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi dedikdə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolda onun borcunu ödəmədiyi qeyd edilsə də, icra məmurunun hansı qanuni tələbini yerinə yetirmədiyi inzibati xəta haqqında protokoldan müəyyən edilmir. Borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməməsi (icra məmurunun çağırışlarına gəlməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və sair) ilə bağlı heç bir sənəd iş materialına əlavə edilməmişdir. Həmçinin Şəxs ötən müddət ərzində hansı məbləğdə ödəniş etməsi, borc məbləğinin düzgün hesablanması ilə bağlı hər hansı sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş 04 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Bu qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-293/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-293/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver