Məhkəmə qərarları › İş №3(037)-294/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-294/2020

25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-294/2020 25.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1963-cü il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuş, həmin ünvanda yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxx 2020-ci il tarixdə saat 12:00 radələrində idarə etdiyi “VAZ-2106” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili İsmayıllı rayonu Yuxarıbaş kəndində geriyə hərəkət edərkən manevr qaydalarını pozaraq arxada dayanmış piyada Zərərçəkmiş şəxs ayağından vurması, nəticədə Zərərçəkmiş şəxs xəsarət alması faktı üzrə İsmayıllı rayon Polis Şöbəsinin təhqiqatçısının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə inzibati tədbir görülməsinin təmin edilməsindən ötrü qərar şöbənin Dövlət Yol Polis Böləsinə göndərilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə “VAZ-2106” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərində yerləşən köhnə bazara gəlmişdir. Bazarda işlərini bitirdikdən sonra Qəbələ şəhərinə qayıtmaq üçün idarə etdiyi avtomobilə əyləşmiş və avtomobili geriyə hərəkət etdirmişdir. Həmin vaxt arxada dayanmış piyada Zərərçəkmiş şəxs görməmiş və idarə etdiuyi avtomobillə onun ayağını əzmişdir. O, dərhal avtomobildən düşmüş Zərərçəkmiş şəxs avtomobilinə əyləşdirib onu rayon mərkəzi xəstəxanasına aparmaq istəmişdir. Zülfalı ayağının yüngül əzildiyini və xəstəxanaya getmələrinə ehtiyac olmadığını bildirmişdir. O, Zülfalıdan mobil telefonunu istəmiş, lakin Zülfalı heçnə demədən oradan uzaqlaşmışdır. O, hazırda Zülfalıya müalicə xərclərini ödəmiş və Zülfalının ondan tələb və şikayəti qalmamışdır. Əməlindən peşmandır və ona güzəşt olunmasını xahiş edir. Zərərçəkmiş şəxs izahat verək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə bazar adlanan ərazidə olarkən Şəxs idarə etdiyi avtomobili arxaya verərkən onun qıçından vurmuşdur. Bir neçə aydır ki müalicə alır. Ona dəymiş maddi ziyan Çərkəz tərəfindən tam şəkildə ödənildiyi üçün heç bir tələb və şikayəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 xx xxxxxxxx 2016-cı il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, onun B kateqoriyalı sürücülük hüququ vardır. Məhkəmə-Tibbi Ekspertiza və X1 295 №-li xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət –sol ayaq pəncəsinin hərəkət məhdudluğu və bağların gərilməsi ilə müşaiət edilən ayaq pəncəsinin, İİ və İİİ ayaq barmaqların qançırları, sol dirsək oynağının, sol baldırın sıyrıqları küt əşya təsirindən törənmişdir, xx xxxx 2020-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan Şəxs tərəfindən tam şəkildə ödənilmiş və tələb, şikayəti yoxdur. İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Şəhriyar Fərəcovun xx xxxxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, cinayət işi rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə inzibati tədbir görülməsinin təmin edilməsindən ötrü qərar şöbənin Dövlət Yol Polis Böləsinə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 12:00 radələrində idarə etdiyi “VAZ-2106” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili İsmayıllı rayonu Yuxarıbaş kəndində geriyə hərəkət edərkən manevr qaydalarını pozaraq arxada dayanmış piyada Zərərçəkmiş şəxs ayağından vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan yüngül bədən xəsarəti almışdır. qızı müxtəlif bədən xəsarəti almışlar. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun səmimi peşimançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar