Məhkəmə qərarları › İş №3(037)-296/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-296/2020

12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-296/2020 12.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1960-cı il tarixdə İsmayıllı rayonu Təzəkənd kəndində anadan olmuş, İsmayıllı rayonu Təzəkənd kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İİİ qrup əlil olmaqla sosial müavinət alan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “İJ 21251” markalı ** NB *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu Təzəkənd kəndi yolunda yol ayrıcından baş yola çıxarkən baş yolda hərəkətdə olan “Ford Transit” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq həmin avtomobillə toqquşması, nəticədə “Ford Transit” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi faktı ilə bağlı toplanmış material üzrə İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, onun sürücülük hüququ yoxdur. xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində özünə məxsus “İJ 21251” markalı ** NB *** dövlət qeydiyyat nişanlı avtomobili İsmayıllı rayonu Təzəkənd kəndi yolunda idarə edərkən ara yoldan baş yola çıxarkən, yolun sağ kənarında uşaqlar velosipedlə oynadıqlarından avtomobili yolun sol istiqamətinə tərəf sürmüşdür. Bu zaman “Ford Transit” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “Ford Transit” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. ““Ford Transit” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı razılığa gəldiyi üçün, zərərçəkmişin ondan tələb və şikayəti yoxdur. İnzibati xəta törətməsinə görə səmimi peşmançılıq hissləri keçirir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla ona daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs izahat verək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilinə 1535 (min beş yüz otuz beş) manat maddi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı Şəxsla razılığa gəlmişdir. Onun Şəxs qarşı tələb və şikayəti yoxdur. xx xxxxxx 2020-ci il tarixli 0209 nömrəli şəxsin sərxoşluq vəziyyətinin müəyyən olunması üçün alkotester vasitəsi ilə ölçülmüş müayinənin nəticəsi barədə kağız daşıyıcıdan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17:08-də tibbi müayinədən keçirilərkən onun alkoqol sərxoşluğu vəziyyətində olmadığı müəyyən edilmişdir. “xxxxxxxxxx” ASC-nin İsmayıllı filialının xx xxxxxx 2020-ci il tarixli arayışında “Ford Tranzit” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilə 1535 (min beş yüz otuz beş) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx xxxxxx 2020ci il tarixdə saat 18:00 radələrində Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “İJ 21251” markalı ** NB *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu Təzəkənd kəndi yolunda yol ayrıcından baş yola çıxarkən baş yolda hərəkətdə olan “Ford Transit” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq həmin avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “Ford Transit” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan 400 (dörd yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar