Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-299/2020 13.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə İsmayıllı rayonu Vaşa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İİİ qrup əlil olmaqla sosial müavinət alan, İsmayıllı şəhəri, Niyal küçəsi, ev 27-də yaşayan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 25dekabr 2019-cu il tarixli 2 (037) – 691 / 2019 nömrəli qətnaməsinə əsasən Şəxs xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2014-cü il təvəllüdlü X4 və xx xxxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 90 (doxsan) manat olmaql, cəmi 180 (yüz səksən) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və tələbkara ödənilməli olan 1860 (min səkkiz yüz altmış) manat borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində müvafiq orqanlara sorğular göndərilmiş və Şəxs “X8” MMC_də işləməsi məlum olmuşdur. Şəxs əmək haqqısından hər ay 70 (yetmiş) faizi tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə məktub göndərilmişdir. Lakin bir neçə ay sonra Şəxs işdən çıxmış və buna görə də tutulmalar aparılmamışdır. Həmçinin Şəxs İİİ qrup əlil olmaqla sosial müavinət alır. Bununla bağlı xx xxxxxx 2020-ci il tarixdə icra sənədinin icrası ilə əlaqədar onun pensiyasından hər ay 70 (yetmiş) faiz tutulma aparılması ilə bağlı Dövlət X5 İsmayıllı rayon Şöbəsinə məktub göndərilmişdir. Buna baxmayaraq borclu hazırda tələbkara olan 1860 (min səkkiz yüz altmış) manat aliment borcunun ödənilməsini təmin etmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs hazırda 1860 (min səkkiz yüz) manat aliment borcu vardır. Elsevər borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Hazırda Elsevər pensiyasından tutulmadan əlavə hər ay aliment borcundan ödənişlər edəcəyini öhdəsinə götürür. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Elsevər Yusifov izahat verərək göstərdi ki, bir neçə ay bundan öncə “X8” MMC-də işləmişdir və həmin vaxt təyin olunmuş aliment məbləğindən müəyyən qədər ödənişlər etmişdir. Lakin iş yeribağlandığı üçün hazırda işsizdir. İİİ qrup əlil olmaqla sosial müavinət alır. Hazırda pensiyasında 70 (yetmiş) faizi tutularaq Zərərçəkmiş şəxs ödəniləcəkdir. Bundan başqa hər ay tutulmadan əlavə ödənişlər edərək yaranmış aliment borcunu aradan qaldıracaqdır. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 191890/19-45-1 saylı arayışından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-691/2019 saylı icra vərəqəsi üzrə Şəxs icra vərəqəsi üzrə 1860 (min skkiz yüz altmış) manat məbləğində almenti Zərərçəkmiş şəxs ödəməkdən yayınır. İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 2196/2020-45-1 saylı arayışından görünür ki, Şəxs pensiyasından hər ay 70 (yetmiş) faiz tutularaq Zərərçəkmiş şəxs hesabına ödənilməsinin təmin olunması barədə Dövlət X5 İsmayıllı rayon Şöbəsinə müraciət olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, zərərçəkmişin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2 (037) – 691 / 2019 nömrəli qətnaməsinə əsasən Şəxs xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2014-cü il təvəllüdlü X4 və xx xxxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 90 (doxsan) manat olmaql, cəmi 180 (yüz səksən) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs aliment məbləği təyin olunduqdan sonra 120 (yüz İyirmi) manat məbləğini Zərərçəkmiş şəxs ödəmişdir. Bundan başqa Elsevər İİİ qrup əlil olmaqla sosial müavinət alır və hazırda onun pensiyasına yönəlmə də olmuşdur. Borclu yaranmış borcunu yaxın müddətdə tam şəkildə ödəyəcəyini bildirmişdir. Borcunun ödənilməsində gecikmələr yaranması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-299/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-299/2020
13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver