Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-300/2020 14.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1988-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 1-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə 18:00 radələrində İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsində qonşusu Şahid ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətməsi, bununla da ətrafdakı şəxslərin rahatlığını pozaraq ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Şaiq Əşrəfli izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 01:39-da Şahid DİN-in 102 xidmətinə zəng edərək qonşusu Şəxs tərəfindən təhqir olunması barədə məlumat vermişdir. Həmin şikayətlə bağlı Şəxs rayon polis şöbəsinə dəvət olunmuş və izahatı alınarkən o, törətdiyi xətanı etiraf etmişdir. Bundan sonra o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kamil Mehdiyev bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində yaşadığı evin qarşısındakı küçədə olarkən Şahid uşaqları onun uşaqlarına nalayiq ifadələr işlətmişdir. O, bundan bərk əsəbləşmiş və uşaqlara öz iradını bildirmişdir. Bu zaman Ayən Babayevanın küçədə ona tərəf gəldiyini görmüş və Aydənin onunla mübahisə etməyə gəldiyini zənn etmişdir. Bu zaman Aydənin ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid izahat verərək göstərdi ki, o, ailəsi ilə birlikdə Ü.hacıbəyov küçəsində kirayədə qalır. xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində yaşadığı evdən çıxaraq ərzaq mağazasına gedərkən, küçədə qonşusu Şahin onun qarşısını kəsmiş və ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Şahinin səsinə qonşularda çıxmış və ona iradlarını bildirmişlər. Bununla bağlı DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Dövlət X2 İsmayıllı rayon Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, **********6 saylı arayışından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almadığı qeyd edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə 18:00 radələrində İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsində qonşusu Şahid ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətmiş, bununla da ətrafdakı şəxslərin rahatlığını pozaraq ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəfləri dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx xxxxxx 2020-ci il tarixdə saat 11:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) günmüddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx xxxxxx 2020-ci il tarixdən saat 11:00-dan hesablansın. İnzibati həbs müddəti xx xxxxxx 2020-ci il tarixdə saat 11:00-da başa çatmış hesab edilsin. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-300/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-300/2020
14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver