Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-301/2020 28.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X6, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X10 nümayəndəsi X5 iştirakı ilə X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X10 xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İsmayıllı şəhər sakini X12 onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X10 rəisi Ziya Cəbrayılov tərəfindən qəbul olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 2000 (iki min) manat miqdarında inzibati cərimə edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X12 şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, o, İsmayıllı şəhəri, İ.Binyətov küçəsində yaşayır. Qonşuluqda yaşayan Sübhan Dünyamalıyev evindən çıxan çirkli suları kanalizasiya şəbəkəsinə qoşmadığına görə həmin çirkli sular küçədə olan kolluğa axaraq xəstəlik mənbəyi yaratmışdır. Bununla bağlı o və qonşuları bir neçə dəfə aidiyyatı orqanlara müraciətlər etmişlər. Buna baxmayaraq müraciətlərinə cavab almamışlar. xx xxxx 2020-ci il tarixdə o, həmin kolluq ərazini təmizləmişdir. Bundan sonra Sübhan ondan rayon polis şöbəsinə şikayət etmişdir. Həmin şikayət əsasında 6 saylı Regional Ekologiya və X10 əməkdaşları gələrək əraziyə baxış keçirmişlər. Adı çəkilən idarənin əməkdaşları ağacları kəsdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında o, 2000 (iki min) manat məbləğində cərimə olunmuşdur. O, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X10 əməkdaşları tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, küçədə olan kolluq ərazini təmizləməsinə səbəb həmin ərazinin natəmiz olması, pis qoxu gəlməsi olmuşdur. Kol topasını təmizləyərəkən qonşularda orada olmuş və həmin ərazidə heç bir bioloji inkişafda olan ağac olmamışdır. Bu barədə qonşuların iştirakı ilə akt tərtib olunmuşdur. Onun himayəsində ağır xəstə olan ailə üzvü vardır. Maddi imkanı olduqca ağırdır. Qeyd etdikləri nəzərə alınmaqla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X10 rəisi Ziya Cəbrayılov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X10 nümayəndəsi X7 hazırki iş üzrə Əlixan Babayevin şikayət ərizəsində qeyd etdiklərini əsassız hesab etdiyini bildirdi və izahat verərək göstərdi ki, Əlixan Babayev mülkiyyətində olmayan ərazidə olan ağac və kol dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan kəsdiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Əlixan Babayevin kəsdiyi ağac qurumuş olsaydı da, həmin ağacın kəsilməsi üçün ağacın bioloji inkişafdan qalmasını təsdiq edən müvafiq rəy tələb olunur. Belə rəy olmadan ağacın kəsilməsi qanunsuz hərəkət kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Ona görə də Əlixan Babayev barəsində xx xxxx 2020-ci il tarixli 62201 saylı akt və həmin tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola baxılması vaxtı və yeri barədə Əlixan Babayevə rəsmi məlumat verilmişdir. xx xxxxxx 2020-ci il tarixdə həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X10 rəisi Ziya Cəbrayılov tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Əlixan Babayev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 2000 (iki min) manat miqdarında inzibati cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qanuni əsaslarla tərtib edilmişdir. Ona görə də Əlixan Babayevin şikayət ərizəsində qeyd etdiklərini əsassız hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla Əlixan Babayevin şikayətinin təmin edilməməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X13 bildirdi ki, İsmayıllı şəhəri, İ.Binyətov küçəsində yaşayır. Qonşuluqda yaşayan Sübhan Dünyamalıyev evindən çıxan çirkli suları kanalizasiya şəbəkəsinə qoşmadığına görə həmin çirkli sular küçədə olan kolluğa axaraq xəstəlik mənbəyi yaratmışdır. Bununla bağlı qonşularla birlikdə bir neçə dəfə aidiyyatı orqanlara müraciətlər etmişlər. xx xxxx 2020-ci il tarixdə Əlixan Babayev həmin kolluq ərazini təmizləmişdir. Əlixan kol topasını təmizləyərəkən o və digər qonşularda orada olmuşdur. Həmin ərazidə heç bir bioloji inkişafda olan ağac olmamışdır. Bu barədə qonşuların iştirakı ilə akt tərtib olunmuşdur. Kəsilən iki ədəd incir ağacı çox kiçik ölçüdə olduğu üçün kol topasının içərisindən görmək mümkün olmamışdır. xx xxxx 2020-ci il tarixdə İsmayıllı şəhəri, İlham Bünyətov küçəsində yaşayan sakinlər tərəfindən tərtib olunmuş aktdan görünür ki, qeyd olunan yerdə heç vaxt bioloji inkişafda olan ağaclar olmamışdır. Əlixan Babayev tərəfindən böyürtkən kolları və onların arasında toxumdan əmələ gəlmiş yararsız yaşıl kütlələr təmizlənərkən heç bir ziyanlıq törədilməmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin İsmayıllı rayon Polis Şöbəsinə ünvanlandığı xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, X2 mərkəzləşmiş şəbəkəsinə qoşmamış və ona məxsus olan evin qarşısında toplanmış ağac tullantılarının yığılmasını təmin etməmişdir. Həmin ərazidə bioloji inkişafda olan ağac kəsilməmişdir. İsmayıllı Bələdiyyəsinin ismayıllı rayon Polis Şöbəsinə ünvanlandığı xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, X2 mərkəzləşmiş şəbəkəsinə qoşmamış və ona məxsus olan evin qarşısında toplanmış ağac tullantılarının yığılmasını təmin etməmişdir. Həmin ərazidə bioloji inkişafda olan ağac kəsilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, 6 saylı Regional Ekologiya və X10 əməkdaşları tərəfindən araşdırma aparılarkən X11 şəhəri, İ.Bünyatov küçəsində ağac kəsdiyi aşkar edilmişdir. Bununla bağlı xx xxxx 2020-ci il tarixli 62201 saylı akt və həmin tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx xxxx 2020-ci il tarixli 62201 saylı akt və həmin tarixli ******* saylı inzibati xəta haqqında protokol əsasında X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X10 rəisi Ziya Cəbrayılov tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 2000 (iki min) manat miqdarında inzibati cərimə edilmişdir. Əlixan Babayev oğlu hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X10 xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli qərardan narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini ağac kəsdiyi yerin antisanitar ərazi olduğunu, həmin ərazidə bioloji inkişafda olan ağac olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Göründüyü kimi Əlixan Babayev xx xxxxxx 2020-ci il tarixdə qonşusu X1 mərkəzləşmiş səbəkəyə qoşmadığını və ona məxsus olan evin qarşısında toplanmış ağac tullantılarının yığılmaması ilə bağlı İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyə məlumat vermişdir. Sübhan Dünyamalıyevin çirkab suları yola axıtması həmin ərazidə çirkli suların toplanmasına və antisanitar şəraitin yaranmasına səbəb olmuşdur. Bu da yaxınlıqda yaşayan qonşuların narazılığına səbəb olmuşdur. Əlixan Babayev həmin ərazini təmizləmək məcburiyyətində qalmışdır. Həmin ərazini təmizləyərkən bioloji inkişafda olan ağac kəsməmişdir. Əlixan Babayevin həmin ərazini təmizləməsi onun meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsi və ya məhv edilməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi sübuta yetmədiyindən və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X10 xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X6 şikayəti təmin edilsin. X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X10 xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından şikayəti təmin edilsin. X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X10 xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-301/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-301/2020
28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver