Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-301/2021 13.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Səməd oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, xx.xx.1958-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi, keçid 4-də yaşayan, evli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 13 oktyabr 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs – İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşən “Yaşıl Ticarət Mərkəzi” adlı sahibkarlıq obyektinin sahibi Şəxs həmin obyektin fasadı üzərində və 1 (bir) ədəd ikiüzlü bilbord üzərində 2020-2021-ci illər ərzində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımı faktı üzrə Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə 24.09.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılmasını qərara almışdır. Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam İdarəsinin rəisi X1 bildirdi ki, Şəxs sahibi olduğu, İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşən “Yaşıl Ticarət Mərkəzi” adlı obyektin fasadı üzərində və 1 (bir) ədəd ikiüzlü bilbord üzərində reklamların icazəsiz yerləşdirilməsi və yayımı faktı aşkar edilmişdir. Bununla bağlı 16 avqust 2021-ci il tarixdə Şəxs rəsmi icazə alması və ya reklam yayımını dayandırması ondan tələb olunmuş, əks halda 24 sentyabr 2021-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə rəsmi bildiriş göndərilmişdir. Lakin Şəxs icrası məcburi olan göstərişin tələblərinə əməl etməmiş, 24.09.2021-ci il tarixdə obyektə təkrar baxış keçirilərkən Şəxs həmin yerə gəlməmiş və baxış zamanı həmin fasad reklamlarının əvvəlki yerində olduğu aşkar edilmişdir. Bununla bağlı fotoşəkillər çəkilmiş və bu barədə akt tərtib olunmuşdur. Şəxs fasad reklamlarının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə almadığına və reklam yayımını dayandırmadığına, bununla da icrası məcburi olan göstərişin tələblərinə əməl etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda, həmin faktla bağlı 16 iyul 2021-ci il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərilmiş, lakin Şəxs müvafiq icazə alacağını vəd etmiş və bu səbəbdən o, qanunsuz reklam yayımının aradan qaldırılması ilə bağlı məhkəməyə ərizə ilə müraciət edərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə onun ərizəsini nəzərə alaraq işin icraatına xitam vermişdir. Lakin, həmin vaxtdan bir neçə ay keçsə də, Şəxs vədinə əməl etməmiş, qanunsuz reklam yayımını aradan qaldırmamışdır. Qeyd etdiklərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs inzibati qaydada təhbeh edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxsin izahatını və iş materialları ilə işin mübahisələndiriməyən halları olaraq müəyyən edildi ki, Şəxs sahibi olduğu, İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşən “Yaşıl Ticarət Mərkəzi” adlı sahibkarlıq obyektinə Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən həmin obyektin fasadı üzərində və 1 (bir) ədəd ikiüzlü bilbord üzərində reklamlarının icazəsiz yerləşdirilməsi və yayımı faktı aşkar edilmişdir. Bununla bağlı 16.08.2021-ci il tarixdə Şəxs rəsmi qaydada bildiriş göndərilməklə fasad reklamlarının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə alması və ya reklam yayımını dayandırması tələb olunmuş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. Məhkəməyə təqdim edilmiş iş materialları ilə müəyyən edildi ki, Şəxs icrası məcburi olan göstərişin tələblərinə əməl etməmiş, 24.09.2021-ci il tarixdə sahibkarlıq obyektinə təkrar baxış keçirilərkən həmin fasad reklamlarının əvvəlki yerində olduğu aşkar edilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə çıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Şəxs sahibi olduğu obyektdə müvafiq icazə tələb olunduğu halda, belə bir icazə olmadan fasad reklamlarının icazəsiz yerləşdirilməsi və yayımını təşkil etməsi, bu barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin 16.08.2021-ci il tarixli, icrası məcburi olan göstərişi ilə tələb edilən şərtlərə əməl edilməməsi, bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və işdə iştirak edən şəxsin izahatlını dinləyərək qərara gəlir ki, Şəxs tərəfindən vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və işin yuxarıda qeyd edilən faktiki hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-301/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-301/2021
13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver