Məhkəmə qərarları › İş №3(037)-302/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-302/2023

06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-302/2023 06.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi İ dərəcəli ədliyyə qulluqçusu X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1971-ci il tarixdə İsmayıllı rayonu Zərnava kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 06 iyul 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İsmayıllı Rayon Məhkəməsinin 29 avqust 2012-ci il tarixli 2 (037) – 155 / 2012 saylı icra vərəqəsinə əsasən 16 mart 2012-ci il tarixdən başlayaraq Şəxs 24 dekabr 1994-cü il təvəllüdlü X7, 01 iyun 2006-cı il təvəllüdlü X6 və 16 oktyabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 40 (qırx) manat olmaqla cəmi 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Əzizova (Şıxıyeva) Zenfira Hüseyinqulu qızına ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 9820 (doqquz min səkkiz yüz iyirmi) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 06 iyul 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi Elman İsrafilov izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 29 avqust 2012-ci il tarixli 2 (037) - 155 / 2012 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə İsmayıllı rayon İcra Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında icra etməmişdir. İcra sənədi İsmayıllı rayon İcra Şöbəsinin icraatında olduğu müddət ərzində müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir və onun hazırda tələbkara 9820 (doqquz min səkkiz yüz iyirmi) manat aliment borcu vardır. Borclu Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə görə onun inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, hazırda tələbkara cəmi 9820 (doqquz min səkkiz yüz iyirmi) manat aliment borcu yaranmışdır. Onun maddi imkanı ağırdır. Ona görə də, aliment borcunu ödəyə bilmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X1 hazırki işə baxılmasına dair məhkəmə iclasına gəlməmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin 29 avqust 2012-ci il tarixli 2 (037) – 155 / 2012 saylı icra vərəqəsinin surətindən görünür ki, 16 mart 2012-ci il tarixdən başlayaraq Şəxs 24 dekabr 1994-cü il təvəllüdlü X7, 01 iyun 2006-cı il təvəllüdlü X6 və 16 oktyabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 40 (qırx) manat olmaqla cəmi 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Əzizova (Şıxıyeva) Zenfira Hüseyinqulu qızına ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 06 iyul 2023-cü il tarixli arayışdan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 29 avqust 2012-ci il tarixli 2 (037) – 155 / 2012 saylı icra vərəqəsinə əsasən Şəxs tələbkar Əzizova (Şıxıyeva) Zenfira Hüseyinqulu qızına hazırda 9820 (doqquz min səkkiz yüz iyirmi) manat məbləğində aliment borcu yaranmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 29 avqust 2012-ci il tarixli 2 (037) – 155 / 2012 saylı icra vərəqəsinə əsasən 16 mart 2012-ci il tarixdən başlayaraq Şəxs 24 dekabr 1994-cü il təvəllüdlü X7, 01 iyun 2006-cı il təvəllüdlü X6 və 16 oktyabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 40 (qırx) manat olmaqla cəmi 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Əzizova (Şıxıyeva) Zenfira Hüseyinqulu qızına ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq hazırda tələbkara ödənilməli olan cəmi 9820 (doqquz min səkkiz yüz iyirmi) manat aliment borcu ödənilməmiş qalmışdır. Borclu Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclunun izahatlarını, vəkilin fikrini dinləyərək qərara gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməyi, tələbkara ödənilməli olan məbləğin miqdarını nəzərə alaraq inzibati həbsin müddətinin 15 (on beş) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 06 iyul 2023-cü il tarixdən saat 12:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan 06 iyul 2023-cü il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar