Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-303/2023 06.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 X6 inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxxx 1980-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İsmayıllı şəhəri, H.Əliyev prospekti ev 7-də yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 343.4-cü maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 06 iyul 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İsmayıllı X3 X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 343.4-cü maddələri ilə inzibati xəta haqqında İXP seriyalı ******* N-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs 01 iyul 2023-cü il tarixdə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində manevr qaydalarını pozmuş, “QAZ31029” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Günəşli İnşaat” tikinti mağazasının qarşısında olan tikinti materiallarana vurmuş və sürücü sərxoşluq vəziyyətinin müayinə edilməsindən imtina etmişdir. Araşdırma zamanı onun sürücülük hüququnun olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İsmayıllı X3 X8 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 X6 inspektoru Bəhram Bəhramlı izahatında göstərdi ki, Şəxs 01 iyul 2023-cü il tarixdə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində manevr qaydalarını pozmuş, “QAZ31029” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Günəşli İnşaat” tikinti mağazasının qarşısında olan tikinti materiallarana vurmuşdur. Hadisə yerində olmuş və sürücü tibbi müayinədən keçməkdən imtina etmişdir. Həmçinin sürücünün sürücülük hüququ olmadan avtomobili idarə etməsi müəyyən olmuşdur. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 01 iyul 2023-cü il tarixdə tanışları ilə bir qədər spirtli içki qəbul etmişdir. Sonradan idarə etdiyi avtomobillə yaşadığı evə gedərkən idarəetməni itirmiş və avtomobili “Günəşli İnşaat” mağazasının qarşısındakı tikinti materiallarına vurmuşdur. Dəymiş ziyanı tam şəkildə ödəmişdir. Onun sürücülük hüququ yoxdur. O, həmin vaxt sərxoş vəziyyətdə olduğundan öz hərəkətlərini idarə edə bilməmiş və müayinə olunmaqdan boyun qaçırmışdır. Hazırda əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanunda nəzərdə tutulmuş daha yüngül tənbeh verilməsini xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş X2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş 132 (yüz otuz iki) manat məbləğində maddi ziyan Şəxs tərəfindən tam şəkildə ödöənilmiş, ona qarşı tələb və şikayətinin olmadığını və işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 258 №li 01 iyul 2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından inzibati xəta haqqında protokolun surəti həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün İsmayıllı rayon X3 X7 göndərilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 01 iyul 2023-cü il tarixdə Şəxs “QAZ31029” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobili İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində manevr etmə qaydalarını pozmuş və avtomobili “Günəşli İnşaat” adlı mağazanın qarşısındakı tikinti materiallarına vurmuşdur. Yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı müəyyən edilmiş və o, sərxoşluq vəziyyətinin müayinəsindən boyun qaçırmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını və vurulmuş maddi ziyanı könüllü olaraq ödəməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.6-cı maddəsində nəzərdə tutulan 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti İsmayıllı rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-303/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-303/2023
06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver