Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-304/2020 07.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1978-ci il tarixdə İsmayıllı rayonu Quşencə kəndində anadan olmuş, həmin ünvanda yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Prokurorluğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 19:00 radələrində etibarnamə əsasında idarə etdiyi X3 məxsus “VAZ-21074” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-ismayıllı-Şəki yolu ilə Şəki rayonu istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən həmin yolun 24-cü kilometrliyində, yolun İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsindən keçən hissəsində yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes Benz 190” markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxması və avtomobillərin toqquşması nəticəsində “Mercedes Benz 190” markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3, həmin avtomobilin qabaq oturacağında əyləşmiş Zərərçəkmiş şəxs1 və həmin avtomobilin arxa oturacağında əyləşmiş sərnişin X1 müxtəlif dərəcəli bədən xəsarəti alması faktı üzrə İsmayıllı rayon prokuroru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Çərkəz Məmmədov izahat verərək göstərdi ki, etibarnamə əsasında onunla qeyri-rəsmi nikahda olan arvadı Nailə Hacıyevaya məxsus "VAZ-21074 markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx xxxxxx 2019-cu il tarixdə saat 19:00 radələrində idarə etdiyi həmin avtomaşınla İsmayıllı rayonu Quşencə kəndindən İsmayıllı şəhəri istiqamətində hərəkətə başlamışdır. İsmayıllı şəhərindəki "Abu petrol" adlı yanacaq doldurma məntəqəsini keçdikdən sonra yolun özünə aid hissəsi ilə 70-80 km/saat sürətlə hərəkətdə olmuşdur. Təxminən 60-70 metr məsafədə qarşı əks hərəkət zolağında tanımadığı şəxsin idarə etdiyi yük avtomobilin hərəkətdə olduğunu görmüşdür. Həmin avtomobilin arxa tərəfindən bir minik avtomobili ötmə əməliyyatı həyata keçirmək istəmiş, bu zaman məsafə yaxın olduğundan əyləci basa, yaxud da avtomobilinin hərəkətini istiqamətləndirib yayındıra bilməmişdir. Nəticədə həmin avtomobillə toqquşmuşdur. Aldığı xəsarətlərdən huşunu itirmiş, bir gün sonra Bakı şəhəri X5 ayılmışdır. Sonradan bilmişdir ki, onunla toqquşan "Mersedes" markalı avtomobili idarə edən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs3 olmuş və Fuadın idarə etdiyi avtomobildə olan sərnişinlər də müxtəlif bədən xəsarətləri almışlar. Zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş və onlara dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətləri yoxdur. Hazırda əməlindən peşmandır və ona güzəşt olunmasını məhkəmədən xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş şəxslərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmişlər. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İsmayıllı rayon prokurorluğuna inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İsmayıllı rayon prokurorluğunun nümayəndəsi məhkəməyə gəlməmişdir və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 499 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- soldan İV-V-Vİ-Vİİ qabırğaların az yerdəyişən sınıqları, alının, alt dodağın sıyrıqları küt əşya (alət) təsirindən törənmişdir, xx xxxxxx 2019-cu il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 498 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- qapalı kəllə-beyin travması ilə müşayət olunan təpə nahiyəsinin yarası, sağ gözaltının və sağ baldırıb səthi yaraları, sağ baldırın şişkinlik fonunda qançırı küt əşya (alət) təsirindən törənmişdir, xx xxxxxx 2019-cu il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 522 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sağ göz qapağının və üzün sağ yarısının yaraları küt əşya (alət) təsirindən törənmişdir, xx xxxxxx 2019-cu il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Şəxs xx xxxxxx 2019-cu il tarixdə verilmiş və xx xxxxxx 2029-cu ilədək etibarlılıq müddəti olan AE 968396 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs hadisə baş verən zaman BC kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. “Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin müəyyən edilməsinə dair” x xxxxxx 2019-cu il tarixli 642 nömrəli tibbi müayinə aktından görünür ki, Şəxs x xxxxxx 2019-cu il tarixdə sərxoş vəziyyətdə olmamışdır. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(037)-34/2020 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü mаddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxxxx 2019cu il tarixdə saat 19:00 radələrində etibarnamə əsasında idarə etdiyi X3 məxsus “VAZ- 21074” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-ismayıllı-Şəki yolu ilə Şəki rayonu istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən həmin yolun 24-cü kilometrliyində, yolun İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsindən keçən hissəsində yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes Benz 190” markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxmış və həmin avtomobillər toqquşmuşlar. Nəticədə “Mercedes Benz 190” markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3, həmin avtomobilin qabaq oturacağında əyləşmiş Zərərçəkmiş şəxs1 və həmin avtomobilin arxa oturacağında əyləşmiş sərnişin X2 xəsarət almışlar. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun səmimi peşimançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-304/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-304/2020
07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver