Məhkəmə qərarları › İş №3(037)-304/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-304/2022

05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-304/2022 05.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon X13 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, X1 iştirakı ilə, xx xxxxxx 1971-ci ildə İsmayıllı rayonu Minkə kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 05 iyul 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 29 may 2022-ci il tarixdə saat 08:00 radələrində İsmayıllı rayonu Minkə kəndində həmkəndlisi X12 ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu vuraraq ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon X10 Bölməsinin müstəntiqi Nurlan Atakişiyevin 27 iyun 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X3 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 05 iyul 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X13 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Ruslan Şirvanov izahatında göstərdi ki, Şəxs İsmayıllı rayonu Minkə kəndində həmkəndlisi Azad Hüseynovu döyməsi faktı üzrə araşdırma aparılmış və əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirildiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, İsmayıllı rayonu Minkə kəndində yaşayır. Azad Hüseynov onun həmkəndlisidir. 28 may 2022-ci il tarixdən 30 may 2022-ci il tarixədək özünün və kənd sakinlərinin otarılmasında növbədə olmuşdur. 29 may 2022-ci il tarixdə saat 08 radələrində həmkəndlisi Azad Hüseynov ona yaxınlaşaraq nabatda ona məxsus bir baş inəyin vurulduğunu bildirmişdir. O, həmin inəyi nabatda vurmadığını bildirmiş, lakin Azad israrla inəyin onun tərəfindən vurulduğunu bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış və Azad onun ünvanına nəlayiq söyüşlər söymüşdür. Mübahisə zamanı o, əlindəki ağacla Azadı vurmuşdur. Həmin vaxt Azadın da əlində ağac olmuş və Azad da ağacla onun qolundan bir neçə dəfə vurmuşdur. Bundan sonra kənd sakinləri onları ayırmışdır. X8 bağışlamış və onlar barışmışlar. Odur ki, işin icraatına xitam verilməsini xahiş edir. X7 izahat verərək göstərdi ki, Şəxs onun həmkəndlisidir. 28 may 2022-ci il tarixdə təsərrüfatında olan heyvanları nobata qoşmuşdur. Həmin gün nabatda Azad Hüseynov olmuşdur. Axşam heyvanları nabatdan qayıdarkən inəyinin biri narahat olduğunu görmüş və heyvanın üzərində ağac izləri olmuşdur. Heyvan narahat olduğundan həkim çağırmış və heyvanı müalicə etdirmişdir. O, Babəkə zəng etmiş və heyvanının ağacla vurulduğunu bildirmişdir. Babək inəyini vurmadığını bildirmişdir. 29 iyun 2022-ci il tarixdə yenidən nabatda Babək olmuş və heyvanlarını nobata qoşarkən onunla rastlaşmışdır. O, yenidən bu barədə Babəkdən soruşduqda aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı qarşılıqlı olaraq bir-birinin ünvanına qarşılıqlı nəlayiq ifadələr işlətmişlər. Bu zaman Babək əlindəki ağacla ona bir neçə dəfə vurmuşdur. O da, özünü müdafiə etmək üçün əlindəki ağacla Babəki vurmuşdur. Hazırda o, Babəki bağışlamış və onunla barışmışdır. Babəklə barışmasını nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə-Tibbi Ekspertiza və X4 277 №-li 03 iyun 2022-ci il tarixli ekspert rəyindən görünür ki, X5 bədəni üzərində aşkar edilmiş xəsarət –sağ dirsək nahiyyəsinin, sağ saidin və sol əlin sıyrıqları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 29 may 2022-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İsmayıllı rayon X11 Bölməsinin təhqiqatçısı Nurlan Atakişiyevin xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barələrində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin X3 göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 29 may 2022-ci il tarixdə saat 08:00 radələrində İsmayıllı rayonu Minkə kəndində həmkəndlisi X12 ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu vuraraq ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qəsdən döymüşdür. Bununla da Elçin Quliyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs X7la barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati xətanı törətmiş şəxs Şəxs X7la barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinin tələbinə görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9, 105, 110-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar