Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-304/2023 07.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin MN ******* saylı, 01 may 2023-cü il tarixli və -3-17-5/1-Q-12621/2/2023/2 nömrəli 31 may 2023-cü il tarixli qərarlarından verdiyi şikayətə baxaraq m ü ə y y ə n e t d i m: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin MN ******* saylı, 01 may 2023-cü il tarixli və -3-17-5/1-Q-12621/2/2023/2 nömrəli 31 may 2023-cü il tarixli qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 3(037)- 281/2023 saylı qərardadından görünür ki, X4 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* seriyalı inzibati xəta haqqında qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Bundan sonra X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin MN ******* saylı, 01 may 2023-cü il tarixli qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və İsmayıllı Rayon Məhkəmənin 16 iyun 2023-cü il tarixli, 3(037)-281/2023 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. X1 Rayon Məhkəmənin 16 iyun 2023-cü il tarixli, 3(037)-281/2023 saylı qərardadından apellyasiya şikayəti vermişdir və iş hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə işə əlavə olunmuş sənədləri tədqiq edib belə hesab edirki şikayət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərinə uyğun olmayaraq verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında qərardan şikayət verilə bilər. Həmin məcəllənin 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş üzrə göründüyü kimi X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin -3- 17-5/1-Q-12621/2/2023/2 nömrəli 31 may 2023-cü il tarixli qərarından verdiyi şikayət qanunla müəyyən olunmuş müddət keçdikdən sonra vermiş və müddətin üzürlü səbəblər nəticəsində buraxılması barədə məhkəməyə vəsatət verməmişdir. Hesab edirəm ki, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin MN ******* saylı, 01 may 2023-cü il tarixli qərarından verdiyi şikayət hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. Belə olan halda həmin qərardan təkrarən şikayət verilməsi qəbul edilməzdir. Bundan başqa X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin -3-17-5/1-Q-12621/2/2023/2 nömrəli 31 may 2023-cü il tarixli oğlu tərəfindən şikayət qanunla müəyyən olunmuş müddət keçdikdən sonra verilmiş və müddətin üzürlü səbəblər nəticəsində buraxılması barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərinə uyğun məhkəməyə vəsatət verilməmişdir. Göstərilən hüquq normalırının tələblərinə uyğun olaraq şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 118 və 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin MN ******* saylı, 01 may 2023-cü il tarixli və -3-17-5/1-Q-12621/2/2023/2 nömrəli 31 may 2023-cü il tarixli qərarlarından verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Qərardaddan şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Hakim: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-304/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-304/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver