Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-304/2025 16.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı X2 və Təbii Sərvətlər İdarəsinin Ç-BM/4525-23 saylı, 31 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə işin baxılmağa hazırlanması zamanı baxaraq müəyyənetdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı X2 və Təbii Sərvətlər İdarəsinin Ç- BM/4525-23 saylı, 31 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə daxil olmuş şikayəti nəzərdən keçirib hesab edir ki, şikayətə baxılması qeyri-mümkündür və ona görə də geri qaytarılmalıdır. Belə ki, hazırkı şikayət inzibati xəta haqqında iş üzrə qərardan verilsə də, şikayətçi şikayət ərizəsinə xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında qərarı əlavə etsə də, inzibati qaydada tənbeh olunması barədə qərarı əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanmaması məsələlərini həll edir. Şikayət ərizəsinin məzmunundan görünür ki, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı X2 və Təbii Sərvətlər İdarəsinin 31 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında qərarından şikayət vermək istəmişdir. X4 qeyd olunan qərarın surətini ərizəsinə əlavə etməmiş və buna görə də, həmin qərarın qəbul edilib-edilməməsi müəyyən edilmir. Göstərilən hal isə işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 hazırkı şikayəti inzibati xəta haqqında iş üzrə qərardan verilsə də, şikayətçi şikayət ərizəsinə inzibati xəta haqqında qərarı əlavə etmişdir. Ona görə də, inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün olmadığından X1 şikayət ərizəsi geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, X3 izah edilməlidir ki, qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən inzibati xətanın törədildiyi və yaxud vəsatətinə əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X6 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 şikayət ərizəsi geri qaytarılsın. Qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən inzibati xətanın törədildiyi və yaxud vəsatətinə əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququnun olması X3 izah edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə müvafiq olaraq qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Hakim: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-304/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-304/2025
16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver