Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-305/2020 03.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ədilov Şəxs iştirakı ilə iştirakı ilə, xx xxxxxx 1975-ci il tarixdə İsmayıllı rayonu Basqal qəsəbəsində anadan olmuş, həmin ünvanda yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 03 noyabravqust 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2 (003) – 4311 / 2016 nömrəli qətnaməsinə əsasən xx xxxx 2016-cı il tarixdən başlayaraq Şəxs xx xxxxxxx 2012-ci il tarixdə anadan olmuş X6 və xx xxxxxx 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 117 (yüz on yeddi) manat-cəmi 234 (iki yüz otuz dörd) manat sabit pul məbləği və xx xxxxxx 2016-cı il təvəllüdlü X3 üç yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və tələbkara ödənilməli olan 5446 (beş min dörd yüz qırx altı) manat borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon İcra Şöbəsinin icra məmuru X2 izahat verərək göstərdi ki, Şəxs aliment tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarına dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə İsmayıllı rayon İcra Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilən tarixədək təyin olunmuş aliment məbləğindən 7520 (yeddi min beş yüz iyirmi) manat tələbkara ödəniş etmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun 5446 (beş min dörd yüz qırx altı) manat ödənilməmiş aliment borcu olmuşdur. İnzibati iş Şəki Apelyasiya Məhkəməsinin icraatında olduğu müddətdə Şəxs borcundan 4964 (dörd min doqquz yüz altmış dörd) manatını tələbkara ödəmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, aliment məbləği təyin olunan gündən hazırki günədək tələbkara 7520 (yeddi min beş yüz iyirmi) manat məbləğində pul ödəmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən tələbkara 5446 (beş min dörd yüz qırx altı) manat aliment borcu olmuşdur. İnzibati iş Şəki Apelyasiya Məhkəməsinin icraatında olduğu müddətdə o, 5446 (beş min dörd yüz qırx altı) manat aliment borcundan 4964 (dörd min doqquz yüz altmış dörd) manatını tələbkara ödəmişdir. Qalan aliment borcunu isə dekabr ayının 5-dək ödəyəcək və alimentin ödənilməsində yaranmış gecikməni aradan qaldıracaqdır. Onun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından qərəzli şəkildə boyun qaçırmaq niyyəti yoxdur və həmin qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini özündən asılı olmayan səbəblərdən yerinə yetirə bilməmişdir. Hesab edir ki, onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 76630/2016-45-1 saylı arayışından görünür ki, Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli icra vərəqəsi üzrə Şəxs hazırki vaxtadək təyin olunmuş aliment məbləğindən 7520 (yeddi min beş yüz iyirmi) manat məbləğində alimenti Zərərçəkmiş şəxs ödəmiş, lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilənədək icra vərəqəsi üzrə qalan 5446 (beş min dörd yüz qırx altı) manat məbləğində aliment borcu yaranmışdır, Şəxs həmin aliment borcundan 4964 (dörd min doqquz yüz altmış dörd) manatını tələbkara ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək qərar gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2 (003) – 4311 / 2016 nömrəli icra vərəqəsinə əsasən xx xxxx 2016-cı il tarixdən başlayaraq Şəxs xx xxxxxxx 2012-ci il tarixdə anadan olmuş X6 və xx xxxxxx 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 117 (yüz on yeddi) manat-cəmi 234 (iki yüz otuz dörd) manat sabit pul məbləği və xx xxxxxx 2016-cı il təvəllüdlü X3 üç yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs aliment məbləği təyin olunduqdan xx xxxxxx 2020-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib olunan müddətədək tələbkara 7520 (yeddi min beş yüz iyirmi) manat ödəniş etmişdir. Buna baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib olunan müddətdə onun 5446 (beş min dörd yüz qırx altı) manat aliment borcu yaranmışdır. Şəxs həmin borcunun 4964 (dörd min doqquz yüz altmış dörd) manatdan ibarət hissəsini Zərərçəkmiş şəxs ödəmişdir. Bundan əlavə, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-305/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-305/2020
03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver