Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-305/2023 10.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxxx 1966-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, dalan 2, ev 10-da yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 10 iyul 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs Аzərbaycan Respublikası Qanunverciliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla satış məqsədi olmadan əldə etdiyi, şəxsi istehlak miqdarında 2 (iki) ədəd, ayrı-ayrılıqda hündürlükləri 43 və 47 sm, təmiz çəkiləri 19,43 qram və 26,30 qram, ümumi təmiz çəkiləri – 45,73 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisini əkməsi, həmin narkotik vasitənin 17 may 2023-cü il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətindən aşkar edilərək götürülməsi faktı üzrə İsmayıllı rayon X4 Qrupunun təhqiqatçısının 09 iyun 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə 10 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Mirdamət Nəzərli izahatında göstərdi ki, Şəxs yaşadığı evin həyətində narkotik vasitə olduğu barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında 17 may 2023-cü il tarixdə Şəxs yaşadığı evin həyətinə baxış keçirilmiş və narkotik vasitə olan bitki aşkar edilmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından 09 iyun 2023-cü il tarixdə cinayət işinin başlanılması rədd edilmiş və barəsində tərəfindən inzibati protokol tərtib edərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, ailə üzvləri ilə birlikdə İsmayıllı şəhərində yaşayır. Yaşadığı evin həyətində iki ədəd narkotik tərkibli çətənə bitkisi əkmişdir. 09 iyun 2023-cü il tarixdə polis əməkdaşları onun yaşadığı evə gəlmiş və evin həyətinə baxış keçirmişlər. Baxış zamanı evin həyətindən həmin narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Həmin bitkini satmaq fikri olmamış, gələcəkdə özü istifadə etmək üçün əkmişdir. Əməlindən peşmandır. Gələcəkdə bir daha belə hallara yol verməyəcəyini söz verir və ona qanunda nəzərdə tutulmuş daha yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə Ekspertizası Mərkəzinin X5 18 may 2023-cü il tarixli 17/408 saylı ekspert rəyindən görünür ki, Şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş 2 (iki) ədəd, ayrı-ayrılıqda hündürlükləri 43 və 47 sm, təmiz çəkiləri 19,43 qram və 26,30 qram, ümumi təmiz çəkiləri – 45,73 qram olan bitki nümunəsi əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. (ümumi təmiz çəkisi 45,73 qram olan çətənə (kannabis) bitkisindən hər bitkidən 0,10 qram olmaqla cəmi 0,20 qram tədqiqata sərf edilmiş, qalıq hissənin ümumi çəkisi 969,90 qramdan ibarətdir). İsmayıllı rayon X4 Qrupunun təhqiqatçısının 09 iyun 2023-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin tərkibi olduğundan materiallar inzibati tədbir görülməsindən ötrü İsmayıllı rayon Polis Şöbəsinin X1 göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin X5 Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza dəyəri 34 (otuz dörd) manat 55 qəpik təşkil edir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs Аzərbaycan Respublikası Qanunverciliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla satış məqsədi olmadan əldə etdiyi, şəxsi istehlak miqdarında 2 (iki) ədəd, ayrı-ayrılıqda hündürlükləri 43 və 47 sm, təmiz çəkiləri 19,43 qram və 26,30 qram, ümumi təmiz çəkiləri – 45,73 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisini əkmiş, həmin narkotik vasitə 09 iyun 2023cü il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, inzibati cərimənin 200 (iki yüz) manat miqdarında müəyyən edilməsini qanunamüvafiq hesab edir. İş üzrə maddi sübut – tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan və hazırda İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 45,53 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməlidir. İş üzrə aparılmış ekspertizanın dəyəri 34 (otuz dörd) manat 55 qəpik məbləği Şəxs alınaraq dövlət büdcəsinə (Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************, X3, KOD 210005, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22. Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. İş üzrə maddi sübut – tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan və hazırda İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 45,53 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə aparılmış ekspertizanın dəyəri 34 (otuz dörd) manat 55 qəpik məbləği Şəxs alınaraq dövlət büdcəsinə (Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************, X3, KOD 210005, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22. Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-305/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-305/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver