Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-307/2020 03.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə xx xxxxxx 1970-ci il tarixdə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla, ünvan 1 yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair İsmayıllı rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından İsmayıllı rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 3(107)-228/2020 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(037)- 307/2020 saylı qərarı ləğv edilmişdir. Qərarın ləğv edilməsi onunla əsaslandırılmışdır ki, Şəxs icra sənədi üzrə hər ay ardıcıl şəkildə ödəniş edib-etməməsi, ******* saylı protokolun tərtib edilməsi üçün əsas olmuş və ödənilməmiş 3880 (üç min səkkiz yüz səksən) manat aliment borcunun hansı tarixdən etibarən yığılması hallarını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi xx xxxxxx 2020-ci il tarixli, 104104/19-45-2 saylı məktubla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4759/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra sənədi icra olunması üçün xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərildiyini və ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə İsmayıllı Rayon Məhkəməsinin icraatında olan inzibati xəta haqqında işin baxılmadan İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019cı il tarixli 2 (060) – 4759 / 2019 nömrəli qətnaməsinə əsasən xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdeh Şəxs xx xxx 2007-ci il təvəllüdlü X1 və xx xxxxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) mant sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Protokolda borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınması qeyd edilsə də yayınmanın hansı tarixdən yaranması icra məmuru tərəfindən araşdırılmamışdır. Şəxs icra sənədi üzrə hər ay ardıcıl şəkildə ödəniş edib-etməməsi, ******* saylı protokolun tərtib edilməsi üçün əsas olmuş və ödənilməmiş 3880 (üç min səkkiz yüz səksən) manat aliment borcunun hansı tarixdən etibarən yığılması hallarını müəyyən etmək mümkün deyildir. Bundan başqa İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi məhkəməyə müraciət edərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə İsmayıllı Rayon Məhkəməsinin icraatında olan inzibati xəta haqqında işin baxılmadan İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılması xahiş etmişdir. Göstərilənlərə əsasən hazırki halda iş üzrə toplanmış materiallara əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4759/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından və protokolu tərtib etmiş İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin inzibati xəta haqqında işin baxılmadan protokol və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, protokol və toplanmış material İsmayıllı rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material İsmayıllı rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-307/2020
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-307/2020
03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver