Məhkəmə qərarları › İş №3(037)-315/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-315/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-315/2024 08.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə, X2 İsmayıllı rayon X7 X9 12 iyul 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X5 onun barəsində İXM-nin 342.5 və 333.1-ci maddələri ilə İsmayıllı rayon X7 X13 tərəfindən İXP ******* saylı, xx.xx.2024-cü il tarixli tərtib edilmiş protokol əsasında qəbul edilmiş İsmayıllı rayon X7 X9 12 iyul 2024-cü il tarixli TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, “Ford Transit” markalı ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 12 iyul 2024-cü il tarixdə axşam saat 04:00 radələrində idarə etdiyi avtomobillə İsmayıllı şəhəri, Nizami küçəsində marketin qarşısında dayanmış vəziyyətdə olarkən yol patrul xidməti əməkdaşları ona yaxınlaşaraq birbaşa spirtli içki qəbul edib-etmədiyini soruşmuşlar. O, spirtli içki qəbul etmədiyini bildirsə də, alkotestr vasitəsi ilə müayinədən keçirmişlər. Bir neçə dəfə üfürmə ilə müayinə olunsa da, sərxoşluq vəziyyətim 0,3 promildən aşağı yəni 0,28 promil olmuşdur. Həmin vaxt polis əməkdaşı İsmayıl Məmmədov alkotestrin cavabını görərək sərxoş olmadığını bildirsə də, yenidən həkim müayinəsindən keçməyi ona bildirdikdə buna etiraz etmişdir. O, spirtli içki qəbul etmədiyini və avtomobili idarə etmədiyini, həmçinin alkotestrin cavabından da, göründüyü kimi sərxoş vəziyyətdə olmadığı halda yenidən tibbi müayinəyə aparılmağına etiraz etmişdir. Bu zaman İsmayıl Məmmədov “səni rayonda maşın sürməyə qoymaram” deyərək əraziyə post patrul xidmətinin əməkdaşları çağırmışdır. Bundan sonra avtomobili ilə birlikdə rayon polis şöbəsinə aparılmışdır. Oraya həkim dəvət olunaraq yenidən alkotestr vasitəsi ilə müayinədən keçmişdir. Həmin vaxt müayinənin nəticəsini soruşduqda həkim ona “sonra bilərsən” deyə bildirərək oradan çıxıb getmişdir. Həmin gün bir neçə saat şöbədə qaldıqdan sonra polis inspektoru Əkbər Musayev oraya gəlmiş və o da, onun sərxoş vəziyyətdə olmadığını bildirmişdir. Buna baxmayaraq həmin gün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və 400 (dörd yüz) manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan protokol və qərardan narazıdır. Belə ki, o həmin vaxt sərxoş vəziyyətdə olmamış və avtomobili idarə etməmişdir. Buna baxmayaraq polis əməkdaşı qərəzli olaraq barəsində qərar qəbul etmişdir. Nə protokolun, nə də qərarın surəti ona təqdim olunmamışdır. Həmin qərarın surətini bir neçə gün sonra polis şöbəsindən müraciət edərək almışdır. Beləliklə də, inzibati tənbeh tədbiri icra edən inzibati orqan qanunvericiliyin tələblərini pozmaqla onun barəsində inzibati protokol tərtib etmiş, həmin protokol əsasında inzibati qaydada icraat başlayaraq məni əsassız olaraq inzibati cərimə etmişdir. Ona görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1-ci maddələri ilə təqsirli bilinməsi barədə İsmayıllı rayon X7 X9 12 iyul 2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini və qeyd olunan qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini, inzibati xəta haqqında protokolu, inzibati tənbeh vermə haqqında qərarı və digər iş materiallarını araşdırıb hesab edir ki, X2 şikayəti qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 12 iyul 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 342.5 və 333.1-ci maddələri ilə tərtib edilmiş 12 iyul 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati tənbeh tədbiri təyin edilmişdir. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında iş materiallarında olan 12 iyul 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, X5 12 iyul 2024-cü il tarixdə saat 04:20-də idarə etdiyi “Ford Transit” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla yol nişanlarının tələblərinə riayət etməməsi və yoxlama zamanı onun həmin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Bununla da, X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Belə ki, iş materiall arından müəyyən edilmişdir ki, İsmayıllı rayon X7 X13 tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə şikayətdən və şikayət vermiş şəxsin izahatından müəyyən olunur ki, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, dinlənilmədən, müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə şəxsin icraatda iştirak etməsi və müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan X5 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması X2 hüquqlarının pozulmasına və qanunvericiliyin tələblərinə riayət olunmadan araşdırma aparılmasına dəlalət edir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bununla yanaşı, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş bildirişə İsmayıllı rayon X7 X13 tərəfindən cavab verilsə də, iş üzrə mühüm əhəmiyyət kəsb edən video görüntü məhkəməyə təqdim edilməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bütün bunlar onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X5 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə şikayət vermiş şəxsin hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X2 inzibati tənbeh olunmasına dair İsmayıllı rayon X7 X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİnin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş 400 (dörd yüz ) manat cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Şikayət qismən təmin edilsin. X2 barəsində İsmayıllı rayon Polis Şöbəsinin polis kapitanı X4 tərəfindən qəbul edilmiş 12 iyul 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün İsmayıllı rayon X7 X12 göndərilsin. Qəbul edilmiş 12 iyul 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş 400 (dörd yüz) manat cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar