Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-317/2023 18.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X3 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru stajor X4, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə İsmayıllı rayonu Qalacıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı rayonu Çəmənli kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 18 iyul 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli 2 (011) – 2478 / 2020 qətnaməsinə əsasən 21 fevral 2020-ci il tarixdən başlayaraq Şəxs 13 iyul 2016-cı il təvəllüdlü X2 və 23 yanvar 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 170 (yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu bir il ərzində eyni icra sənədinə münasibətdə icra məmurunun qanuni tələblərini təkrarən qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkar Bayramova (Məlikova) Nuridə İlqar qızına ödənilməli olan 14280 (on dörd min iki yüz səksən) manat məbləğində aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə 18 iyul 2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru stajor Paşa Paşazadə izahat verərək göstərdi ki, Şəxs icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Borclu çağırışlara gəlməmiş və barəsində axtarış qərarı qəbul edilmişdir. Həmin qərar əsasında Şəxs 18 iyul 2023-cü il tarixdə polis vasitəsi ilə şöbəyə gətirilmişdir. Hazırda onun 14280 (on dörd min iki yüz səksən) manat məbləğində aliment borcu vardır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, maddi imkanı olmadığı üçün aliment borcunu vaxtında ödəyə bilməmişdir. Hazırda onun 14280 (on dörd min iki yüz səksən) manat aliment borcu vardır. Ona vaxt verilərsə 19 iyul 2023-cü il tarixdə borcundan 500 (beş yüz) manatı tələbkara ödəyəcəkdir. Bundan başqa yeni iş yeri tapmışdır və hər ay maddi imkanı daxilində ödnişlər edəcəkdir. Ümumiyyətlə həmin borcunun bir hissəsini kredit götürməklə ödyəcəyini, qalan borcunu isə bu ilin sonuna kimi tam şəkildə bağlayacağını öhdəsinə götürür. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, 14280 (on dörd min iki yüz səksən) manat aliment borcun tam şəkildə ödənilməsini tələb edir. Uşaqlarının hər ikisi xəstəlikdən əziyyət çəkir. Şəxs borcunu tam şəkildə ödəmədiyi təqdirdə onun inzibati qaydad tənbeh edilməsini məhkəmədən xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(037)-108/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə və digər sübutlarla müəyyən edildi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli 2 (011) – 2478 / 2020 qətnaməsinə əsasən 21 fevral 2020-ci il tarixdən başlayaraq Şəxs 13 iyul 2016-cı il təvəllüdlü X2 və 23 yanvar 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 170 (yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq hazırda Şəxs ödənilməli olan 14280 (on dörd min iki yüz səksən) manat aliment borcu ödənilməmiş qalmışdır. Bununla da, Şəxs bir il ərzində eyni icra sənədinə münasibətdə icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 01 (bir) aya 15 (on beş) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 18 iyul 2023-cü il tarixdən saat 12:40dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 18 iyul 2023-cü il tarixdən saat 12:40-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-317/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-317/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver