Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-318/2020 16.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1965-ci il tarixdə Laçın rayonu Oğuldərə kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla, İsmayıllı rayonu Tircan kəndində məskunlaşan, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X1 Yol-Patrul Xidməti alayının 4-cü taqımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: xx xxxxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Şəxs oğlunun 1 (bir) baş iri buynuzlu mal heyvanını yolda nəzarətsiz qoyması, Zərərçəkmiş şəxs idarə etdiyi “Fiat Doblo” markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtomobillə Muğanlı İsmayıllı yolunun 28-ci km-də həmin malı vurması və nəticədə “Fiat Doblo” markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi faktı ilə bağlı toplanmış material üzrə Baş Dövlət X2 Yol-Patrul Xidməti Alayı 4cü Tağımın yol patul xidməti inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, ailəsi ilə birlikdə Tircan kəndində məskunlaşmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində olduğundan təsərüfatında olan iri buynuzlu mal heyvanını qonşusu kəndin yaxınlığında olan örüşə yola salmışdır. O, həmin gün Bakı şəhərindən qayıtdıqda onun təsərrüfatında olan bir baş iri buynuzlu malın magistral yolda avtomobil tərəfindən vurulduğunu görmüşdür. Hadisə nətiəsində mal heyvanı tələf olmuş və “Fiat Doblo” markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmək iqtidarında deyil. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verək göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində idarə etdiyi “Fiat Doblo” markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtomobillə Muğanlı-İsmayıllı magistral yolunda hərəkətdə olarkən qəflətən yola bir baş iri buynuzlu mal heyvanı çıxmış və o, hadisədən yayına bilməyərək həmin malı vurmuşdur. Bir qədər sonra hadisə yerinə yol patrul xidməti əməkdaşları gəlmişdir. Hadisə nəticəsində xəsarət almasa da, avtomobilinə maddi ziyan dəymişdir. Onun avtomobilinə dəymiş maddi ziyan ödənilməmiş və o, ziyanı tələb edir. Odur ki, iş üzrə qanuni qərar çıxarılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş arayışda “Fiat Doblo” markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtomobilə 5093 (beş min doxsan üç) manat məbləğində ziyan dəydiyi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Şəxs oğlu 1 (bir) baş iri buynuzlu mal heyvanını yolda nəzarətsiz qoymuş, Zərərçəkmiş şəxs idarə etdiyi “Fiat Doblo” markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtomobillə Muğanlı İsmayıllı yolunun 28-ci km-də həmin malı vurmuşdur. Hadisə nəticəsində “Fiat Doblo” markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 80 (səksən) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin, inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə Zərərçəkmiş şəxs idarə etdiyi “Fiat Doblo” markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanla əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, əmlak zərərinin əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat miqdarında inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs idarə etdiyi “Fiat Doblo” markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-318/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-318/2020
16.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver