Məhkəmə qərarları › İş №3(037)-318/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-318/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-318/2025 01.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı rayonu Mican kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 01 oktyabr 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 oktyabr 2025-ci il tarixli MN seriyalı 22376777 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar İsmayıllı Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, 13 iyun 2025-ci il tarixdə Şəxsniun üzərindən 1 (bir) ədəd yanmış papirosda 0,5 qram çəkidə və 1 (bir) ədəd Kağız bükümdə 0,4 qram çəkidə narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş - İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Ağacan Qarayev izahat verərək protokola baxılaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, narkotik vasitə istifadəçisi deyil. Hazırda əməlindən peşimandır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanunda nəzərdə tutulmuş daha yüngül tənbeh verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə Ekspertizası Mərkəzinin X3 14 iyun 2025-ci il tarixli 17/436 saylı ekspert rəyindən görünür ki, Şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,17 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 1 (bir) ədəd yarımçıq papirosda təmiz çəkisi 0,12 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (ümumi təmiz çəkisi 0,29 qram olan marixuanadan 0,04 qram (hər ob-0,02qr) tədqiqata sərf edilmiş, qalıq hissənin ümumi çəkisi 0,25 qramdan ibarətdir). Məhkəmə Ekspertizası Mərkəzinin X3 Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza dəyəri 35 (otuz beş) manat 97 qəpik təşkil edir. İsmayıllı rayon X4 Bölməsinin müstəntiqinin 05 avqust 2025-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan barəsində olan materiallar inzibati tədbir görülməsindən ötrü İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında cəmi 0,29 qram çəkidə narkotik vasitə olan marixuananı qanunsuz olaraq əldə edib özündə saxlamış, həmin narkotik vasitə 13 iyun 2025-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatını dinləyərək qərar gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 400 (dörd yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut – tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan və hazırda İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 0,25 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə aparılmış ekspertizanın dəyəri 35 (otuz beş) manat 97 qəpik məbləği Şəxs alınaraq dövlət büdcəsinə (Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************, X1, KOD 210005, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22. Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. İş üzrə maddi sübut – tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan və hazırda İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 0,25 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə aparılmış ekspertizanın dəyəri 35 (otuz beş) manat 97 qəpik məbləği Şəxs alınaraq dövlət büdcəsinə (Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************, X1, KOD 210005, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22. Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar