Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-320/2025 02.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Ağdam rayonu Mərzili kəndində anadan olmuş, Həmin kənddə qeydiyyatda olmaqla, İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 02 oktyabr 2025-ci il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 01 oktyabr 2025-ci il tarixdə saat 16:00 radələrində İsmayıllı rayon Polis Şöbəsinin qarşısında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması və onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Məcəllənin 510 və 535.1-ci maddələri ilə 02 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs sosial şəbəkədə dövlət əleyhinə və hakimiyyət nümayəndələrinə qarşı haqsız paylaşımlar etmiş və nalayiq ifadələr işlətmişdir. Bununla bağlı o, polis şöbəsinə dəvət olunmuşdur. xx.xx.2025-ci il tarixdə polis şöbəsinin qarşısında olarkən, haqsız yerə şöbəyə dəvət olunduğunu bildirərək, nalayiq ifadələr işlətmişdir. Bu zaman onu polis əməkdaşı nizam-intizama dəvət etsə də, polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra o, şöbənin inzibati binasına dəvət olunmuş və orada da, öz qanunsuz əməllərini davam etdirmişdir. Bundan sonra onun barəsində müvafiq maddələrlə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, bir neçə ay öncə dövlət hakimiyyət nümayəndələrinə qarşı sosial şəbəkədə paylaşımlar etmişdir. Sonradan həmin paylaşımları silmişdir. 01 oktyabr 2025-ci il tarixdə polis əməkdaşları onu şöbəyə dəvət etmişlər. Həmin gün şöbənin qarşısında olarkən, əsəbi halda nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Əməlindən peşmandır və himayəsində azyaşlı qız övladı vardır. Bütün bunları nəzərə alaraq ona güzəşt olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon Polis Şöbəsinin Cinayət Atarış Bölməsinin əməliyyat müvəkkili, polis mayoru X2 bildirdi ki, Şəxs sosial şəbəkədə dövlət əleyhinə və hakimiyyət nümayəndələrinə qarşı təhqiredici və həqiqətə uyğun olmayan paylaşımlar etmişdir. Bununla bağlı Şəxs mobil telefonuna zəng etmiş və onu polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsinin qarşısında Şəxs nalayiq ifadələr işlətmiş və həmin vaxt onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Həmin şəxs qanunsuz hərəkətlərini xidməti otaqda olarkən də davam etdirmişdir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X7 Patrul Xidməti Bölüyünün polis nəfəri, polis baş serjantı X4 bildirdi ki, 01 oktyabr 2025-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin qapı postunda xidmətdə olarkən, bir nəfər şəxs sonradan şəxsiyyəti məlum olan Şəxs əsəbi halda yaxınlaşaraq əməliyyatçılarla görüşmək istədiyini bildirmişdir. Bir qədər sonra Şəxs ictimai yerdə nalayiq ifadələr işlətmiş və onu nizam-intizama dəvət etdikdə öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sonra Şəxs növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 02 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin qarşısında ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbini pozaraq tabesizlik göstərmişdir. “İnzibati qaydada tutma haqqında” 01 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş inzibati xəta haqqında protokol, protokolu tərtib etmiş polis əməkdaşının izahatı və barəsində icraat aparılan şəxsin izahı, şahidlərin ifadəsi əsasında müəyyən edilmişdir ki, 01 oktyabr 2025-ci il tarixdə saat 16:00 radələrində İsmayıllı rayon Polis Şöbəsinin qarşısında Şəxs ictimai yerdə nalayiq ifadələr işlətmiş və bu hərəkəti ilə ətrafdakıların normal rahatlığını və ictimai asayişi pozmuşdur. Hadisə yerində xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etməsini və nalayiq sözlərə son qoymasını tələb etdikdə, Şəxs bu qanuni tələblərə tabe olmamış, polis əməkdaşının şəxsiyyətini müəyyən etmək məqsədilə onu bölməyə dəvət etməsinə baxmayaraq, tabesizlik göstərmişdir. Barəsində inzibati icraat aparılan şəxs izahatında törətdiyi inzibati xətanı etiraf etmiş və əməlindən peşman olmaqla, bir daha belə hallara yol verməyəcəyinə söz vermişdir. Məhkəmə iclasında tərəflərin izahatı, inzibati materialda olan raport və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Məcəllənin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Şəxs Məcəllənin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi, onun səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkəti davam etdirməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olduğunu nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Məcəllənin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Məcəllənin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli inzibati qaydada tutma protokoluna əsasən 01 oktyabr 2025-ci il tarixdə saat 17:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli inzibati qaydada tutma protokoluna əsasən 01 oktyabr 2025-ci il tarixdə saat 17:00-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №3(037)-320/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-320/2025
02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver