Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-324/2023 26.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən, İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 343.6-cı maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən e t d i m: 25 iyul 2023-cü il tarixdə saat 20:00 radələrində İsmayıllı rayonu İvanovka kəndi yolunda Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ- 21063” markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətməsi və tibbi müayinədən imtina etməsi faktı ilə bağlı toplanmış material üzrə İsmayıllı rayon X1 X2 inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 343.6-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyil. Ona görə də protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 343.6-cı maddələri ilə tərtib edilmiş 25 iyul 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda xəta nəticəsində maddi zərərin yetirilməsi halları ilə bağlı heç bir qeydiyyat aparılmamışdır. Həmçinin Şəxs sürücülük hüququnun olubolmaması ilə bağlı heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.6-cı maddəsinə əsasən bu Məcəllənin 334.3-cü maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin tələbindən göründüyü kimi inzibati xəta üzrə zərərçəkmiş şəxs olmalıdır. Lakin protokolda zərərçəkmiş şəxs göstərilməmiş və hansı avtomobilə maddi ziyan dəydiyi qeyd edilməmişdir. Həmçinin inzibati xəta haqqında protokol tərtib edilərkən zərərçəkmiş şəxsin iştirakı təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 343.6-cı maddələri ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 343.6-cı maddələri ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş inzibati xəta haqqında material İsmayıllı rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-324/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-324/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver