Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-325/2022 16.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxxxxx 1977-ci il tarixdə İsmayıllı rayonu Lahıc qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İsmayıllı rayonu Lahıc qəsəbəsində yaşayan öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 16 noyabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(037)-92/2022 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs, X6, X2 və X3 tərəfindən iddiaçı Zərərçəkmiş şəxs Dəyanət qızının mülkiyyətində olan İsmayıllı rayonu Lahıc qəsəbəsi Ə.Bayramov küçəsi ev 14A ünvanında yerləşən 0.03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən istifadəsinə törədilən maneələrə son qoyulması və fərdi yaşayış evinin qarşısında quraşdırılmış kamera sökülərək götürülməsi qət edilmişdir. İş üzrə icra vərəqəsi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və icra vərəqəsini icra etmədiyinə görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 25 iyul 2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 3(037)-325/2022 saylı qərarı ilə Şəxs Səmndər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 3(107)- 253/2022 saylı qərarı ilə apelyasiya şikayəti qismən təmin olunaraq, İsmayıllı Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 3(037)-1325/2022 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq icra edilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini icra etməmişdir. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində borclu bir neçə dəfə şöbəyə dəvət olunmuş və ondan qətnamənin icrası tələb olunmuşdur. Sonuncu dəfə 21 iyun 2022-ci il tarixdə qətnamənin icra olunması üçün qeyd olunan yaşayış evinə gedilmiş və borclulardan icra vərəqəsinin icrası tələb olunmuşdur. Lakin Şəxs icra vərəqəsinin icra etməyəcəyini bildirmişdir. Buna görə də, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş məhkəmənin icraatında olduğu müddətdə, 16 noyabr 2022-ci il tarixdə icra sənədinin icrası ilə əlaqədar qeyd olunan ünvana getmiş və Şəxs könüllü olaraq qətnamədə qeyd olunan fərdi yaşayış evinin qarşısında quraşdırılmış kamera könüllü olaraq sökmüşdür. Həmçinin Şəxs Zərərçəkmiş şəxs fərdi yaşayış evindən istifadəsinə heç bir maneçilik törətməyəcəyini bildirmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə Ağaməşədi qızı məhkəməyə teleqramma ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və Şəxs inzibati qaydada həbs edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, qətnamədə göstərilən fərdi yaşayış evi ilə onun yaşadığı ev fərqlidir. Qətnamədə yaşayış evi 32.80 kv.metr göstərilmişdir. Lakin həmin ev 90 kv.metrdən ibarətdir. Həmin ev onun anasının mülkiyyətindədir. Zərərçəkmiş şəxs həmin evə saxta sənəd almışdır. Buna baxmayaraq qətnamənin icrasından boyun qaçırmır. İcra məmurunun iştirakı ilə fərdi yaşayış evinin qarşısında quraşdırılmış kamera könüllü olaraq sökmüşdür və bundan sonra Zərərçəkmiş şəxs fərdi yaşayış evindən istifadəsinə heç bir maneçilik törətməyəcəkdir. Bir neçə aydır ki, səhhəti ilə bağlı Bakı şəhərində müalicə alır və bu səbəbdən qətnaməni vaxtında icra edə bilməmişdir. Hazırda qətnamədə qeyd olunanları icra etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. İş materialları, habelə borclunun və icra məmurunun izahatı ilə müəyyən edilir ki, Şəxs icra vərəqəsinin icrasından boyun qaçırmaq niyyəti olmamışdır. 16 noyabr 2022-ci il tarixdə icra sənədinin icrası ilə əlaqədar qeyd olunan ünvanda Şəxs icra məmurunun iştirakı ilə qətnamədə qeyd olunan fərdi yaşayış evinin qarşısında quraşdırılmış kamera sökmüşdür. Həmçinin Şəxs Zərərçəkmiş şəxs fərdi yaşayış evindən istifadəsinə heç bir maneçilik törətməyəcəyini məhkəmə iclasında bildirmişdir. Hazırki iş materiallarında Şəxs qeyd olunan inzibati xətanı törətməsi ilə bağlı heç bir sübut yoxdur. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırkı vəziyyətdə isə Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-325/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-325/2022
16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver